Vakansiya haqqında

Modellərin Validasiyası üzrə Ekspert rolu bankda istifadə olunan statistik və risk modellərinin etibarlılığını və düzgün işləməsini təmin etməyə yönəlib. Yeni işə qəbul olanacaq əməkdaş kredit riski, IFRS 9/ECL, davranış və digər analitik modelləri müstəqil şəkildə yoxlayıb, onların metodologiyasını, məlumat keyfiyyətini və performansını dərin analiz edəcək.

Rolun əsas məqsədi model risklərini vaxtında aşkar etmək, çatışmazlıqlar üçün həll yolları təklif etmək və modellərin biznes qərarlarında düzgün istifadə olunmasını təmin etməkdir. Eyni zamanda, model sahibləri, developerlər və audit komandası ilə sıx əməkdaşlıq edərək, model idarəetmə və monitorinq proseslərini davamlı olaraq təkmilləşdirir.

Vəzifə öhdəlikləri

  • Kredit risk modelləri, davranış modelləri, IFRS 9/ECL, limit idarəetmə və seqmentasiya modelləri daxil olmaqla statistik modellərin müstəqil validasiyasının aparılması;
  • Modellərin həyat dövrünün bütün mərhələlərində model risk baxımından qiymətləndirilməsi;
  • Validasiya planlarının hazırlanması və validasiya layihələrinin end-to-end idarə edilməsi;
  • Modellərin metodologiyasının, fərziyyələrinin, məlumat keyfiyyətinin və performansının dərin təhlili;
  • Model risklərinin müəyyən edilməsi və remediasiya tədbirlərinin təklif olunması;
  • Yüksək keyfiyyətli, strukturlaşdırılmış validasiya hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Model sahibləri, developerlər, biznes komandaları və audit funksiyası ilə aktiv əməkdaşlıq;
  • Model monitoring çərçivəsinin təkmilləşdirilməsinə töhfə vermək.

Tələblər

  • Təhsil: Riyaziyyat, Statistika, Ekonometrika, Maliyyə və ya əlaqəli sahə üzrə ali təhsil;
  • İş təcrübəsi: minimum 3 il (model development/validation/risk analytics sahəsində üstünlükdür);
  • Statistik modelləşmə və analitik metodlar üzrə güclü biliklər (regression, scorecard, ML əsasları);
  • Data analitika alətləri ilə iş bacarığı (Python/Excel/SQL/DataIku/Tableau);
  • GenAI və LLM əsaslı tətbiqlərin (chatbotlar, agentlər) əsas prinsipləri və istifadə riskləri barədə dərin bilik;
  • Git və ya digər versiya nəzarət sistemləri ilə tanışlıq;
  • Yüksək səviyyədə ünsiyyətqurma bacarıqları;
  • Dil bilikləri: Azərbaycan, İngilis (B2/C1), (əlavə xarici dil bilikləri alqışlanır).

Üstünlüklər

  • İnkişaf imkanları;
  • Rəqabətli əmək haqqı və bonuslar;
  • Yüksək təminatlı sığorta;
  • Dəstəkləyici mühit;
  • Visa Premium əmək haqqı kartı;
  • Korporativ endirimlər;
  • Korporativ tədbirlər;
  • Əlavə məzuniyyət;
  • Güzəştli təhsil və işçi krediti.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, PBT2 (Port Baku Tower 2)
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 oktyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
30 noyabr 2026
Baxış
159

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Baku
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri PBT2 (Port Baku Tower 2) binasında yerləşir.

İş saatları və iş günləri barədə məlumat verilməyib.

Minimum 3 il təcrübə tələb olunur, model development/validation/risk analytics sahəsində üstünlükdür.

Rəqabətli əmək haqqı və bonuslar təklif olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Model validasiyası mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Modellərin validasiyası üzrə ekspert
Müraciət et