Şirkətin maliyyə və mühasibat əməliyyatlarını aparır, 2-3 il mühasibat təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Resant Hotels komandası 1C proqramı üzrə mühasib vəzifəsi üçün peşəkar və məsuliyyətli namizəd axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Mühasibat əməliyyatlarının 1C proqramında düzgün və vaxtında işlənilməsi;
- İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemə daxil edilməsi;
- Bank əməliyyatlarının, kassa və ödəniş sənədlərinin uçotunun aparılması;
- Debitor və kreditor borclarının uçotunun aparılması və qarşılıqlı üzləşmələrin həyata keçirilməsi;
- Əməkhaqqı və işçilərlə hesablaşmalar üzrə mühasibat əməliyyatlarında iştirak;
- Elektron qaimə-faktura, hesab-faktura və digər mühasibat sənədlərinin hazırlanması və işlənilməsi;
- Mühasibat sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi və yoxlanılması;
- Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyinə uyğun olaraq mühasibat əməliyyatlarının aparılmasına dəstək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali və ya orta ixtisas təhsili (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- Mühasibat uçotu sahəsində ən azı 2–4 il iş təcrübəsi;
- 1C proqramında sərbəst işləmək bacarığı;
- Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyi üzrə əsas biliklər;
- Elektron qaimə-faktura, hesab-faktura və digər mühasibat sənədləri ilə işləmək bacarığı;
- MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
- Analitik düşüncə və rəqəmlərlə işləmək bacarığı;
- Diqqətli, məsuliyyətli və dəqiq olmaq;
- Komandada işləmək və tapşırıqları müəyyən olunmuş müddətlərdə yerinə yetirmək bacarığı.
Üstünlük hesab olunur:
- 1C 8.3 versiyası ilə iş təcrübəsi;
- e-taxes, e-qaimə və e-banking sistemləri ilə işləmək bacarığı;
- İctimai iaşə, pərakəndə və ya xidmət sektorunda mühasibat sahəsində iş təcrübəsi.
Resant Hotels komandasında peşəkar inkişaf etmək və dinamik iş mühitinin bir hissəsi olmaq istəyirsinizsə, müraciətlərinizi gözləyirik.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yerləşmə
Bakı
Təcrübə
2–4 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
4 sentyabr 2026
Son tarix
4 oktyabr 2026
Şirkət haqqında
Resant Hotels
Hospitality · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Müraciət etAsan müraciətAsan müraciət
2 500–3 500₼
Tikinti sektorunda mühasibat uçotunu idarə edir və 5 ildən çox təcrübə tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib3 gün qalıb
Maliyyə və mühasibat uçotunu idarə edir, 5 il təcrübə və peşəkar sertifikat tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib3 gün qalıb
Logistika şirkətində mühasibat uçotunu aparmaq üçün 2 il təcrübəli mühasib tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 


