Gündəlik bank əməliyyatlarını və 1C proqramında uçotu aparır, maliyyə bilikləri tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil
- İnternet banking üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, dövlət büdcəsinə vergi) və digər ödənişlərin icrası
- Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, müqavilələrin, hesab fakturaların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının hazırlanması
- Online kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması
- Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
- Vergi, hesabatllarının (ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
- Sorğu olduqda mağaza stokunun proqramdan çıxarılması
Əsas tələblər:
- Yaş: 21-25
- Təhsil: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali və ya orta ixtisas təhsili
- Dil: Azərbaycan dili səlis, digər dil biliyi əlavə üstünlükdür.
- Microsoft Office proqramlarında işləmə bacarığı.
- ERP və digər mühasibat proqramlarında işləmək bacarığı
- Analitik düşüncə və detallara diqqət.
- Məsuliyyətlilik və operativlik.
- Komandada işləmə və effektiv ünsiyyət qurma bacarığı.
- Müştəri yönümlü yanaşma və problem həll etmə bacarığı.
İş şərtləri:
- 5 günlük iş qrafiki/saat 09:00-dan 18:00-a qədər
- Əmək haqqı: razılaşma əsasında.
- İş yeri Nərimanov rayonu, Ə.Rəcəbli 156A ünvanında yerləşir.
- Nahar Şirkət tərəfindən təmin olunur
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Əməliyyatçı mühasib” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 600–1 160 ₼ ödəyir, median — 850 ₼.
122 açıq vakansiya, 188 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Azərbaycan Respublikası, Abşeron rayonunda yerləşən “Caspian Cable MMC”, enerji və inşaat sektorunda Azərbaycan bazarının qabaqcıl firmalarından biridir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Nərimanov rayonu, Ə.Rəcəbli 156A ünvanındadır.
İş 5 günlük iş qrafiki ilə saat 09:00-dan 18:00-a qədərdir.
Əmək haqqı razılaşma əsasında müəyyən edilir.
CV göndərilməlidir, mövzu yerinə “Əməliyyatçı mühasib” yazılmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMicrosoft Office və ERP mühasibat proqramlarında işləmək bacarığı tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Bakıda digər açıq elanlar.
Gündəlik bank əməliyyatlarını idarə edir və 1C proqramında uçot aparır.
İşçilərin əmək haqlarını hesablamaq və vergi hesabatlarını hazırlamaq üçün mühasib axtarılır.
Mikro proqramında işləyərək gündəlik əməliyyatları idarə edir və riskləri müəyyən edir.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




