Mühasibat, vergi və kadr uçotu üzrə əməliyyatları aparmaq üçün 2 il təcrübəli kiçik mühasib tələb olunur
Vakansiya haqqında
“A+CO” ASC “İstehsal və idxal-ixrac əməliyyatlarının uçotu üzrə mühasib” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
- Mal-material ehtiyatlarının mədaxil və məxariclərinin uçotunun izlənməsi,istehsalla birbaşa bağlı uçot məlumatlarının işlənilməsi;
- Xərc smetasının icrası,istehsalla bağlı işlərin görülməsi və xidmətlərin göstərilməsinin uçotu ;
- Ehtiyyatların nəzarəti:İtkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi;
- Sistemə yeni mal-material adlarının və sərfiyyat kartlarının daxil edilməsi;
- Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanılması ;
- Məhsullar üzrə mal-materialın maya dəyərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqayisənin aparılması ;
- Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itkilər) planlaşdırılmış göstəricilərin müqayisə olunması ;
- Aylıq istehsal olunmuş məhsulların maya dəyərinin düzgün formalaşmasının təmin edilməsi ;
- İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin edilməsi ;
- Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması ;
- İdxal əməliyyatlarının uçotu (İdxal olunmuş malların maya dəyərinin formalaşdırılması);
- İxrac əməliyyatlarının uçotu;
- İdxal və ixrac üzrə debitor,kreditor üzləşmələrinin aparılması;
- Mühasibatlıq sənədlərinin qorunub saxlanılmasının təmin edilməsi,müəyyən olunmuş qaydada arxivləşdirilməsi ;
- Rəhbərlik tərəfindən tapşırıqların icrası.
Bilik və bacarıqlar:
- Excel yaxşı səviyyədə.
- Logo Tiger yaxşı səviyyədə.
- ACCA F2, F3 sertifikatları və PMS (arzu olunandır) və ya bunlarla bağlı biliklər.
- Elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi (E-taxes,e-customs)
İş şəraiti:
- İş yeri: Xırdalan, Həsən Əliyev küç. 121 (Xırdalan Şərab Zavodu);
- İş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək, 5 günlük;
- Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı - Bilik və bacarıqlara uyğun təyin olunacaq
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsal və idxal-ixrac əməliyyatlarının uçotu üzrə mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 653–1 100 ₼ ödəyir, median — 800 ₼.
133 açıq vakansiya, 287 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
2006-cı ildən fəaliyyətinə başlamış “Xırdalan Şərab” bazara “Qızıl Qaya”, “Kaqor”, “Qara Üzüm” şərabları ilə və “Şirvan”, “Yubiley” konyakları ilə qədəm qoymuşdur.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Xırdalan, Həsən Əliyev küç. 121 (Xırdalan Şərab Zavodu) ünvanındadır.
İş saatları 08:00-dan 17:00-dək, həftədə 5 gün işlənir.
Əmək haqqı bilik və bacarıqlara uyğun təyin olunur.
CV göndərilməlidir, mövzu yerinə “İstehsal və idxal-ixrac əməliyyatlarının uçotu üzrə mühasib” yazılmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçExcel və Logo Tiger proqramlarında yaxşı səviyyədə bilik tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Xırdalanda digər açıq elanlar.
Mühasibatlıq əməliyyatlarını 1C proqramında aparmaq və Excel-də hesabat hazırlamaq bacarığı tələb olunur
Otel və restoran mühasibatlığını aparır, 2-3 il təcrübəsi və 1C bilikləri tələb olunur
Mühasibat əməliyyatlarını aparır, 1C və Excel bilikləri tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




