Gündəlik mühasibat sənədlərinin yoxlanılması və 1C proqramına daxil edilməsi bacarığı tələb olunur
Vakansiya haqqında
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Binəqədi ərazisi
- Vakansiya növü: Tam ştat
- İş rejimi: Həftədə 6 iş günü, 1 istirahət günü
Vəzifə öhdəlikləri
- Mağazaya daxil olan malların sayının və müşayiətedici sənədlərinin yoxlanılması, giriş əməliyyatlarının uçot sistemində işlənməsi;
- Satışa verilən və mağazadan çıxan malların siyahılarının hazırlanması, satış və çıxış əməliyyatlarının uçot sistemində rəsmiləşdirilməsi;
- Təhvil veriləcək malların siyahı ilə tutuşdurulması, təkrar yoxlanılması və təhvil-təslim aktı əsasında təhvil verilməsi;
- Mövcud və yeni daxil olan malların satış qiymətlərinin təsdiqlənmiş qaydalara əsasən hesablanması, qiymət məlumatlarının və etiketlərinin hazırlanması;
- Malların qiyməti və uçot məlumatları ilə bağlı satıcılara dəstək göstərilməsi;
- Mal qalıqlarının yoxlanılmasında və inventarizasiyada iştirak, aşkar olunan uyğunsuzluqların rəhbərliyə bildirilməsi.
Namizədə tələblər
- Mal uçotu və ya əməliyyatçı mühasib işi üzrə təcrübə;
- Malların giriş və çıxış sənədləri, satış siyahıları və təhvil-təslim aktları ilə işləmək bacarığı;
- 1C proqramında mal uçotu, giriş, çıxış və satış əməliyyatlarını aparmaq, Excel ilə işləmək bacarığı;
- Satış qiymətlərini hesablamaq və qiymət məlumatlarını dəqiq işləmək bacarığı.
Şəxsi keyfiyyətlər
- Diqqətli, məsuliyyətli və nizam-intizamlı olmaq;
- Sənədləri və rəqəmləri dəqiq yoxlamaq, tapşırıqları vaxtında yerinə yetirmək;
- Satıcılar və digər əməkdaşlarla aydın ünsiyyət qurmaq və komanda ilə işləmək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Mal uçotu üzrə əməliyyatçı mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 600–1 200 ₼ ödəyir, median — 850 ₼.
119 açıq vakansiya, 189 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Binəqədi ərazisindədir.
Həftədə 6 iş günü, 1 istirahət günü işlənir.
1C proqramında mal uçotu və Excel proqramında işləmək bacarığı tələb olunur.
Mallarin giriş və çıxış sənədləri, satış siyahıları və təhvil-təslim aktları ilə işləmək bacarığı tələb olunur.
CV mövzu hissəsində “Mal uçotu üzrə əməliyyatçı mühasib” qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Bakıda digər açıq elanlar.
Maliyyə sənədlərinin uçotunu aparır, analitik düşünmə və mühasibatlıq bilikləri tələb olunur.
Mühasibat əməliyyatlarını aparır, ilkin sənədləri hazırlayır və 1C proqramını bilir.
Debitor və kreditor borclarının uçotunu aparır, maliyyə və mühasibat bilikləri tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur


