Gündəlik mühasibat işlərini aparır, maliyyə hesabatları hazırlayır, analitik bacarıq tələb olunur.
Vakansiya haqqında
İş şəraiti
- Şəhər: Bakı
- İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00-14:00 nahar vaxtı)
- Əmək haqqı: Razılaşma əsasında
Əsas vəzifə və öhdəliklər
- Gündəlik mühasibat əməliyyatlarının düzgün və vaxtında uçota alınması;
- Mühasibat əməliyyatlarının 1C proqramına daxil edilməsi və müvafiq hesablar üzrə məlumatların yoxlanılması;
- Bank əməliyyatlarının aparılması, internet bankçılıq sistemi üzərindən ödəniş və köçürmələrin həyata keçirilməsi;
- Bank hesabları üzrə əməliyyatların mühasibat uçotu məlumatları ilə üzləşdirilməsi;
- Elektron qaimə-fakturaların hazırlanması və müvafiq əməliyyatların uçota alınması;
- Debitor və kreditor borclarının uçotunun aparılması və üzləşdirilməsi;
- Vergi hesablamalarının aparılmasında və vergi bəyannamələrinin hazırlanmasında iştirak;
- Dövlət qurumlarına təqdim edilən hesabatlar üçün müvafiq məlumatların hazırlanması;
- Aylıq, rüblük və illik bağlanış proseslərində iştirak və tələb olunan məlumatların təqdim edilməsi;
- Maliyyə hesabatlarının hazırlanması üçün zəruri mühasibat məlumatlarının toplanması və yoxlanılması;
- Mühasibat uçotu məlumatlarının analitik cədvəllər və köməkçi reyestrlərlə üzləşdirilməsi;
- Audit və digər yoxlamalar zamanı tələb olunan mühasibat sənədlərinin və məlumatlarının hazırlanmasına dəstək göstərilməsi;
- Mühasibat və vergi uçotu üzrə qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi.
Namizədə tələblər
- Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
- Mühasibatlıq və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının mühasibat və vergi qanunvericiliyi üzrə əsas biliklər;
- PMS I və PMS II sertifikatlarına malik namizədlərə üstünlük verilir;
- 1C mühasibat proqramı ilə işləmək bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı işləmək bacarığı;
- Azərbaycan dili – əla, ingilis dili – orta və ya yaxşı səviyyədə; rus dili arzuolunandır;
- ACCA F3 (Financial Accounting), ACCA F7 (Financial Reporting) üzrə sertifikatlar;
- Yüksək analitik və riyazi düşünmə qabiliyyəti;
- Diqqətlilik, məsuliyyətlilik və dəqiqlik;
- Komandada işləmək, tapşırıqları vaxtında və düzgün yerinə yetirmək bacarığı
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu sətrində “Mühasib” qeyd edin.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 600–1 200 ₼ ödəyir, median — 850 ₼.
121 açıq vakansiya, 190 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
ABB-İnvest İnvestisiya Şirkəti QSC (Şirkət) 2020-ci ildə yaranmışdır və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş müvafiq lisenziyaya əsasən fəaliyyət göstərir.
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftə içi 5 gün, 09:00–18:00, 13:00-14:00 nahar vaxtı.
Əmək haqqı razılaşma əsasında müəyyən edilir.
İş yeri Bakı şəhərindədir.
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil tələb olunur.
Mühasibatlıq və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
1C mühasibat proqramı və MS Office, xüsusilə Excel proqramlarında işləməyi bilməlidir.
CV-lərinizi elektron poçt ünvanına göndərin və mövzu sətrində “Mühasib” qeyd edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Bakıda digər açıq elanlar.
Maliyyə hesabatlarını hazırlayan və 1C proqramında işləməyi bacaran Junior mühasib.
Mühasibat uçotu aparır, vergi və əmək qanunlarını bilir, 1C 8.3 proqramında işləyir.
Maliyyə sənədlərinin uçotunu aparır, analitik düşünmə və mühasibatlıq bilikləri tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




