Mühasibat uçotu və vergi hesabatlarının aparılması üçün 3 il təcrübəsi olan mühasib axtarılır.
Vakansiya haqqında
Tələblər:
- Müvafiq sahədə ali təhsil diplomu
- Minimum 3 il mühasib təcrübəsi olmalı (Consulting firmalarda olması arzuolunandır);
- Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli;
- Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
- İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, müxabirləşmələr etməyi, dövriyyə saldo cədvəllərini oxumağı bilməli;
- 1C 8.3 mühasibat proqramında mükəmməl, Office proqramları və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yaxşı səviyyədə işləmə bacarığı olmalı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
- Fikrini aydın izah etmək, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
Vəzifələr:
- Sənədlərin (e-qaimə, bank əməliyyatlarının, əmək haqqı cədvəlinin və s.) 1C 8.3 proqramına işlənməsi;
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
- Vergi və mühasibat uçotunu aparmaq;
- Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək;
- Debitor və kreditor hesablaşmaları aparmaq;
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödənmək;
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
- Gündəlik və aylıq hesabatları tərtib etmək;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika, Mənfəət vergisi hesabatlarını hazırlamaq və aidiyyəti orqanlara vaxtında təqdim etmək.
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
- Məxfilik prinsiplərini pozmamaq.
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla yerinə yetirmək;;
Bizim təklif etdiklərimiz:
- Mehriban, dinamik və daim köməyə hazır komanda;
- 5 günlük iş rejimi;
- Korporativ nömrə və danışıq balansı;
- Şəxsi və peşəkar inkişaf;
- Ofisin mərkəzdə yerləşməsi;
- Əmək haqqı: 1200 AZN (artan).
Uyğun namizədlər CV-lərini “Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Mühasib üzrə bazar adətən 600–1 200 ₼ ödəyir, median — 850 ₼.
119 açıq vakansiya, 189 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Şirkət maliyyə, mühasibatlıq, vergi, kadr uçotu, gömrük məsləəhətləri sahəsində 15 ildir ki, fəaliyyət göstərir. İNTEX Audit MMC müştəri firmaların işinin yüksək səviyyədə təşkil olunması və aparılması üçün bu sahədə daim keyfiyyətli və…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakının mərkəzində yerləşir.
5 günlük iş rejimidir.
Əmək haqqı 1200 manatdır və artan ola bilər.
Minimum 3 il mühasib təcrübəsi tələb olunur.
1C 8.3, Office proqramları və elektron hesabat proqramlarında yaxşı səviyyədə işləməlidir.
Namizəd CV-ni “Mühasib” başlığı ilə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasibat uçotunu tam aparır, vergi və maliyyə hesabatlarını hazırlayır, 2 il təcrübə tələb olunur.
İstehsal müəssisələrinin gündəlik mühasibat uçotunu aparır və 1C proqramında işləməyi bacarır.
Mühasibat uçotu və maliyyə hesabatlarının hazırlanmasını həyata keçirir, mühasibatlıq bilikləri tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



