Mühasibat uçotu aparır, vergi və əmək qanunlarını bilir, 1C 8.3 proqramında işləyir.
Vakansiya haqqında
İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunu beynəlxalq standartlara və yerli qanunvericiliyə (Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və s.) uyğun olaraq tam və düzgün əks etdirilməsi;
- Bank və Xəzinədarlığın informasiya İdarəetmə Portalında əməliyyatların həyata keçirilməsi, hesab-fakturaların, elektron qaimə-fakturaların, tərtib və təqdim olunması;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması, müvafiq vergi və sosial sığorta ayırmalarının düzgün hesablanması və vaxtında ödənilməsinin təmin edilməsi;
- Vergi, statistika və DSMF hesabatlarının qanunvericiliklə müəyyən edilmiş müddətdə hazırlanıb aidiyyəti qurumlara təqdim olunması;
- Təchizatçılar və podratçılarla üzləşmə aktlarının aparılması, debitor və kreditor borclarına nəzarət edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması, inventarizasiya prosesində iştirak edilməsi və nəticələrin müvafiq sənədlərlə rəsmiləşdirilməsi;
- Maliyyə-təsərrüfat fəaliyyətinin uçot sənədləri əsasında təhlil edilməsi və rəhbərliyə müvafiq hesabatların verilməsi;
- Daxili intizama, mühasibat uçotu qaydalarına və sənəd dövriyyəsinin qaydalarına ciddi şəkildə riayət olunması.
Namizədə tələblər:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat sahəsində ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 3–5 il iş təcrübəsi (tikinti və ya büdcə təşkilatlarında təcrübə üstünlükdür);
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotu standartlarını dərindən bilməli;
- MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı;
- Vergi, Statistika və Xəzinədarlığın informasiya İdarəetmə portalları ilə işləmə təcrübəsi;
- Yüksək məsuliyyət, analitik düşüncə, dəqiqlik, rəqəmlərlə işləmək bacarığı və peşəkar sənəd intizamı.
Təklif olunur:
- Stabil əmək haqqı (müsahibə əsasında, 1500-2000 AZN);
- Peşəkar inkişaf;
- Dövlət layihələrində iştirak etmək imkanı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Mühasib” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Mühasib üzrə bazar adətən 650–1 110 ₼ ödəyir, median — 800 ₼.
119 açıq vakansiya, 204 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Ən azı 3-5 il iş təcrübəsi tələb olunur.
Əmək haqqı 1500-2000 manat arasında dəyişir.
MS Office, xüsusilə Excel proqramlarında sərbəst işləmək bacarığı tələb olunur.
Azərbaycan dilində CV göndərilməlidir, mövzu hissəsində “Mühasib” yazılmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasib kimi maliyyə uçotu və vergi hesabatlarını aparmaq üçün 2 il təcrübə tələb olunur.
Maliyyə əməliyyatlarını 1C proqramında idarə edir və mühasibatlıq üzrə minimum 3 il təcrübəsi var.
Mühasibat uçotu və vergi hesabatlarının aparılması üçün 3 il təcrübəsi olan mühasib axtarılır.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




