Gündəlik mühasibatlıq əməliyyatlarını aparır və vergi qanunvericiliyini bilir.
Vakansiya haqqında
Şirkətimizə mühasibatlıq və maliyyə əməliyyatlarının aparılması, sənədləşmə və maliyyə hesabatlarının hazırlanması üzrə təcrübəli xanım mühasib axtarılır.
Vəzifə öhdəlikləri
- 1C mühasibatlıq proqramında mühasibat əməliyyatlarının aparılması;
- Alış və satış əməliyyatlarının, mal və materialların hərəkətinin mühasibat uçotunda əks etdirilməsi;
- Elektron qaimə-fakturaların, hesab-fakturaların, müqavilələrin, təhvil-təslim aktlarının və digər ilkin mühasibat sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
- Anbar uçotunun aparılması və malların maya dəyərinin hesablanması;
- Bank əməliyyatlarının, ödəniş tapşırıqlarının və kassa əməliyyatlarının uçotunun aparılması;
- Yerli və xarici təchizatçılarla hesablaşmaların izlənilməsi və ödənişlərin vaxtında həyata keçirilməsinin təmin edilməsi;
- Vergi, sosial sığorta və digər məcburi ödənişlərlə bağlı sənədlərin hazırlanmasında iştirak etmək;
- Aylıq və illik maliyyə hesabatlarının hazırlanması;
- Debitor və kreditor borclarının izlənilməsi və üzləşmə aktlarının hazırlanması;
- Mühasibat sənədlərinin düzgünlüyünə, tamlığına və vaxtında rəsmiləşdirilməsinə nəzarət etmək;
- Mühasibat sənədlərinin arxivləşdirilməsi və müvafiq qaydada saxlanılması.
Namizədə tələblər
- Xanım namizəd
- Mühasibatlıq və maliyyə sahəsində müvafiq təhsil və iş təcrübəsi;
- 1C mühasibatlıq proqramı üzrə praktiki biliklər;
- Elektron qaimə-faktura, hesab-faktura, müqavilə və digər mühasibat sənədlərinin hazırlanması üzrə təcrübə;
- Vergi qanunvericiliyi və mühasibat uçotu qaydaları barədə biliklər;
- Bank əməliyyatları, təchizatçılarla hesablaşmalar və anbar uçotu üzrə biliklər;
- MS Excel və digər ofis proqramlarında işləmək bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik, operativlik və analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək və iş prosesini müstəqil təşkil etmək bacarığı.
Əmək haqqı: 1000 Azn net
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində "Mühasib" qeyd olunmalıdır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Mühasib üzrə bazar adətən 650–1 110 ₼ ödəyir, median — 800 ₼.
119 açıq vakansiya, 204 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Nimpex MMC 2011-ci ildə təsis olunub. Şirkətin əsas fəaliyyəti IT network məhsullarının satışı və xidmətidir. Bu sahədə bir çox aparıcı dünya brendləri ilə (HP, Cisco, Lenovo, Dell, Huawey, Apple, Ubiquiti Networks və s.) əməkdaşlıq edilir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Əmək haqqı 1000 manat netdir.
Namizəd 1C mühasibatlıq proqramında təcrübəli olmalıdır.
Elektron qaimə-faktura, hesab-faktura, müqavilə və digər mühasibat sənədləri hazırlanmalıdır.
Mühasibatlıq, vergi qanunvericiliyi, bank əməliyyatları və MS Excel bilikləri tələb olunur.
Namizəd xanım olmalıdır.
CV-lərinizi elektron poçt ünvanına göndərin. Mövzu hissəsində "Mühasib" qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Bakıda digər açıq elanlar.
Mühasibat uçotu aparır, vergi və əmək qanunlarını bilir, 1C 8.3 proqramında işləyir.
Gündəlik maliyyə hesabatlarını hazırlayan və maliyyə məlumatlarını təhlil edən daxili mühasib.
Şirkətin maliyyə əməliyyatlarını idarə edir və Excel bacarığı tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





