Vakansiya haqqında

Əsas vəzifələr

  • Mühasibat uçotu üçün ilkin sənədlərin düzgünlüyünü, tamlığını və müvafiq qaydada təsdiqlənməsini yoxlamaq, uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti şəxslərə yönləndirmək, mühasibat uçotu registrlərini tərtib etmək;
  • Hesabat dövrü üzrə aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri (maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir) əsasında analitik və sintetik uçotu aparmaq;
  • Maliyyə əməliyyatlarını qüvvədə olan mühasibat uçotu qaydalarına, vergi və əmək qanunvericiliyinə uyğun uçota almaq;
  • Bank və kassa əməliyyatları, debitor və kreditor borcları, əsas vəsaitlər, ehtiyatlar və digər aktiv və öhdəliklər üzrə uçotu aparmaq, üzləşmə aktları tərtib etmək;
  • Təsdiq edilmiş büdcə və xərc limitləri üzrə icranı izləmək, xərclərin düzgün təsnifatını yoxlamaq və büdcə-faktiki göstəricilər barədə məlumat hazırlamaq;
  • Qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əməl edilməklə əməkhaqqı və digər əmək ödənişlərinin hesablanması, əmək haqqından tutulmalar, məcburi sosial sığorta haqları, vergilər və digər ödənişlər üzrə hesablamaları təsdiqedici sənədlər əsasında aparmaq, ödəniş sənədlərini hazırlamaq və icra etmək;
  • Hesabat dövrləri üzrə əmək haqqı ödənişləri ilə bağlı tələb olunan maliyyə, vergi və statistik hesabatlar, üzləşmə cədvəlləri tərtib etmək, aidiyyəti üzrə təqdim etmək və rəhbərlik üçün tələb olunan maliyyə məlumatlarını hazırlamaq;
  • Vəzifə funksiyalarının icrası zamanı yaranmış uçot sənədlərinin saxlanmasını və arxivə təhvil verilməsini təmin etmək, aşkar edilmiş səhvlər, uyğunsuzluqlar və səmərəsiz xərclər barədə struktur bölmənin rəhbərinə məlumat vermək;
  • Struktur bölmənin rəhbərinin tapşırıqlarını tam və vaxtında yerinə yetirmək.

Tələblər

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil;
  • Mühasibat uçotu sahəsində ən azı 3 il müvafiq iş təcrübəsi; daha mürəkkəb uçot əməliyyatlarını müstəqil aparmaq və hesabatların hazırlanmasında məsuliyyət götürmək təcrübəsi üstünlükdür;
  • Mühasibat uçotunun təşkili, hesablar planı, ilkin sənədlər, sənəd dövriyyəsi, hesabların üzləşdirilməsi və maliyyə hesabatlarının hazırlanması üzrə praktik biliklər;
  • Vergi, əməkhaqqı hesablamaları və məcburi ödənişlər üzrə praktiki biliklər; təhsil müəssisəsində və ya dövlət sektorunda iş təcrübəsi üstünlükdür;
  • Mühasibat proqramları, 1C və MS Excel ilə sərbəst işləmək, uçot məlumatlarını yoxlamaq və təhlil etmək bacarığı;
  • Uçot sistemlərində məlumatların dəqiqliyini yoxlamaq və hesabatlar hazırlamaq təcrübəsi;
  • Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, ehtiyatların və digər aktivlərin uçotunun aparılması, amortizasiya hesablamalarının həyata keçirilməsi və inventarizasiya nəticələrinin mühasibat uçotunda və maliyyə hesabatlarında düzgün əks etdirilməsi üzrə praktiki biliklər;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun maliyyə hesabatlarının hazırlanması, maliyyə məlumatlarının tanınması, qiymətləndirilməsi, təsnifləşdirilməsi və açıqlanması üzrə biliklər;
  • Aktiv və öhdəliklərin müvafiq mühasibat uçotu standartlarına uyğun tanınması, qiymətləndirilməsi, təsnifləşdirilməsi və maliyyə hesabatlarında əks etdirilməsi bacarığı;
  • Mühasibat uçotu üzrə daxili nəzarət mexanizmləri, maliyyə əməliyyatlarının sənədləşdirilməsi, yoxlanılması və maliyyə risklərinin müəyyən edilməsi üzrə biliklər;
  • Mühasibat uçotunun aparılması Qaydalarına uyğun olaraq ilkin uçot sənədlərinin rəsmiləşdirilməsi, uçot registrlərinin aparılması, təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi və uçot məlumatlarının sistemləşdirilməsi bacarığı;
  • Hesabat dövrünün sonunda hesabların bağlanması, dövriyyə-qalıq cədvəllərinin yoxlanılması, düzəliş yazılışlarının aparılması və maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə;
  • Maliyyə hesabatlarının hazrılanması prosesində iştirak etmək, audit yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri təqdim etmək, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasında iştirak etmək bacarığı;
  • Mühasibat uçotu üzrə daxili nəzarət mexanizmləri, maliyyə əməliyyatlarının sənədləşdirilməsi, yoxlanılması və maliyyə risklərinin müəyyən edilməsi üzrə biliklər;
  • Analitik düşünmə, yüksək dəqiqlik, məsuliyyət, məxfi məlumatlarla etik davranış, vaxtın idarə edilməsi və son tarixlərə riayət etmək bacarığı;
  • Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı; ingilis dili bilikləri üstünlük hesab olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Xankəndi
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
5 noyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
5 dekabr 2026
HRX ilə müraciət
9
Baxış
449

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 653–1 100 ₼ ödəyir, median — 800 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

133 açıq vakansiya, 287 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Mühasib kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Mühasibat uçotu sahəsində ən azı 3 il iş təcrübəsi tələb olunur.

Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil tələb olunur.

Mühasibat proqramları, 1C və MS Excel proqramlarında sərbəst işləmək tələb olunur.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Müraciət üçün son tarix 5 dekabr 2026-cı ildir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Mühasib üzrə Xankəndidə digər açıq elanlar.

FIRE UNIVERSAL GROUP
Mütəxəssis · 2+ ilBakı
800–1 000₼

Mühasibat, vergi və kadr uçotu üzrə əməliyyatları aparmaq üçün 2 il təcrübəli kiçik mühasib tələb olunur

AccountingFinancial ReportingTax LegislationLabor Law+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Zarat Import Export
Mütəxəssis · 1+ ilCəlilabad
1 100–1 500₼

Gündəlik maliyyə əməliyyatlarını aparmaq və 1 il mühasibat təcrübəsi tələb olunur

AccountingFinancial Reporting1CFinancial Analysis+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Mühasib
Müraciət et