Mühasibat uçotu aparır, maliyyə hesabatları hazırlayır və 3 il təcrübə tələb edir
Vakansiya haqqında
- Debitor və kreditor borclarının uçotunu aparmaq, kontragentlərlə üzləşmələr həyata keçirmək və hesablaşmalara nəzarət etmək;
- Vergi uçotunu təşkil etmək, xüsusilə ƏDV üzrə əməliyyatların düzgün uçotuna və vergi qanunvericiliyinə uyğun istifadəyə nəzarət etmək;
- Vergi öhdəliklərinin düzgün hesablanmasını və qanunvericilikdə müəyyən edilmiş müddətlərdə ödənilməsini təmin etmək;
- Mühasibat uçotunun qanunvericiliyin tələblərinə və tətbiq olunan standartlara uyğun aparılmasını təmin etmək;
- Gündəlik maliyyə əməliyyatlarını və ödəniş proseslərini planlaşdırmaq, koordinasiya etmək və nəzarətdə saxlamaq;
- İnternet Banking sistemləri vasitəsilə bank hesablarını idarə etmək və ödəniş əməliyyatlarını həyata keçirmək;
- Xəzinədarlıq portalı üzərindən ödənişlərin hazırlanmasını və icrasını təmin etmək;
- Müqavilələr üzrə maliyyə öhdəliklərinin icra vəziyyətini izləmək və nəzarətdə saxlamaq;
- Aylıq, rüblük və illik vergi, statistika və digər icbari hesabatları hazırlamaq və aidiyyəti dövlət qurumlarına təqdim etmək;
- Əsas vəsaitlərin, material ehtiyatlarının və digər aktivlərin uçotunu aparmaq;
- Büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsinə və büdcənin icrasına nəzarət etmək;
- İşçilərlə hesablaşmaların (əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlər) düzgün uçotunu təmin etmək;
- Maliyyə hesabatlarını hazırlamaq, onların təhlilini aparmaq və rəhbərliyə təqdim etmək;
- Maliyyə göstəricilərini təhlil etmək, maliyyə risklərini və potensial problemləri əvvəlcədən müəyyənləşdirərək rəhbərliyə əsaslandırılmış təkliflər təqdim etmək;
- Audit, daxili nəzarət və vergi yoxlamaları zamanı tələb olunan maliyyə sənədlərini və məlumatları hazırlamaq, yoxlama proseslərində fəal iştirak etmək;
- Maliyyə proseslərinin optimallaşdırılması, standartlaşdırılması və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
- Maliyyə şöbəsində iş bölgüsünün və maliyyə proseslərinin koordinasiyasına dəstək vermək;
- Dashboard və digər idarəetmə hesabatlarının hazırlanmasına və inkişaf etdirilməsinə töhfə vermək;
- Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsini, saxlanılmasını və arxivləşdirilməsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mühasib üzrə bazar adətən 653–1 100 ₼ ödəyir, median — 800 ₼.
133 açıq vakansiya, 287 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Dünya səviyyəli tibbi xidmət, artıq bir dünya uzaqlığında deyil. | Qarabağ Universitetinin Klinikası – təbabətdə yeniliklərin ünvanı, pasiyentə yönəlmiş xidmətin, elmi əsaslı təhsilin və multidissiplinar əməkdaşlığın mərkəzi.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Xankəndidə digər açıq elanlar.
Gündəlik maliyyə əməliyyatlarını aparmaq və 1 il mühasibat təcrübəsi tələb olunur
Otel və restoran mühasibatlığını aparır, 2-3 il təcrübəsi və 1C bilikləri tələb olunur
Mühasibat və vergi uçotunu aparır, mühasibatlıq sahəsində 2-3 il təcrübəsi tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





