Mühasibat və vergi uçotunu aparır, vergi bəyannamələrini hazırlamaq bacarığı tələb olunur
Vakansiya haqqında
VMF NF MMC-dən vakansiya: Mühasib tələb olunur
Vəzifə öhdəlikləri:
- Debitor və kreditor borclarına nəzarət, qarşılıqlı hesablaşmaların üzləşdirilməsi;
- Elektron qaimə-fakturaların hazırlanması və göndərilməsi;
- Ölkədaxili və xarici bank ödənişlərinin hazırlanması və icrası;
- Əməkhaqqı köçürmələrinin həyata keçirilməsi;
- Mühasibat əməliyyatlarının 1C proqramında düzgün və vaxtında işlənməsi;
- Sənədlərin və hesablaşmaların yoxlanılması, uyğunsuzluqların müəyyən edilməsi.
Namizədlərə tələblər:
- Təhsil : Ali
- İş təcrübəsi : 1 ildən 3 ilə kimi (mühasibatlıq üzrə praktiki bilik və müvafiq iş təcrübəsi)
- Cins və Yaş həddi: İşin xarakteri və xüsusiyyətləri nəzərə alınaraq, Bəy və Xanım namizədlərin müraciətlərinə üstünlük verilir
- 1C Kompleks Avtomatlaşdırma proqramında sərbəst işləmək bacarığı;
- İşini müstəqil təşkil etmək və tapşırıqları vaxtında icra etmək;
- Diqqətli, dəqiq və məsuliyyətli olmaq;
- Analitik düşünmə və detallara diqqət;
- Komanda ilə işləmək və operativ ünsiyyət bacarığı;
- Rus dili biliyi üstünlükdür.
İş şəraiti:
- İş qrafiki: 6 günlük
- İş vaxtı: 09:00 – 18:00
- İş yeri: Qobu (Qobu ofisi)
- İnşaatçılar ərazisindən Qobuya servis xidməti mövcuddur.
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 700 AZN (NET) təşkil edir
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Mühasib üzrə bazar adətən 643–1 110 ₼ ödəyir, median — 800 ₼.
143 açıq vakansiya, 305 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mühasib kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatları 09:00-dan 18:00-dək, həftədə 6 gün işlənir.
Başlanğıc aylıq məvacib 700 ₼ (net) təşkil edir.
İş yeri Qobu ofisində yerləşir, İnşaatçılar ərazisindən Qobuya servis xidməti mövcuddur.
Mühasibatlıq üzrə 1 ildən 3 ilə kimi iş təcrübəsi tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMühasib üzrə Abşeronda digər açıq elanlar.
Mühasib şirkətin maliyyə əməliyyatlarını aparır və 1C proqramında işləməyi bacarmalıdır
Mühasibat və vergi uçotunu aparır, mühasibatlıq sahəsində 2-3 il təcrübəsi tələb olunur
Mühasibatlıq işlərini aparır, F3 və 1C proqramlarında işləməyi bacarmalıdır.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





