Vakansiya haqqında

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Gündəlik olaraq portfeldə olan müştəriləri yoxlayır, təşkilatın maraqlarını və prioritetlərini nəzərə alaraq onların borclarının ödənilməsi üçün iş planı hazırlayır.
  • Müştərilərin borc gecikmələrinin səbəblərini araşdırır və xüsusi maliyyə proqramında müvafiq qeydləri aparır. Kredit borclarının ödənilməsi istiqamətində məhkəməyə qədər və məhkəmədən sonrakı mərhələlərdə işləri davam etdirir. Problemlər aşkarlandıqda Xətti Menecerə məlumat verir.
  • Borclu müştərilərin və zaminlərin yaşayış, iş yerlərinə və əmlaklarına səfərlər edir, onlarla birbaşa görüşərək borc öhdəliklərini izah edir. Bu işi həm məhkəmə öncəsi, həm də məhkəmə sonrası dövrdə davam etdirir.
  • Müştərilərin ödəmə qabiliyyətinə uyğun olaraq kreditin restrukturizasiyası üçün təkliflər hazırlayır və bu prosesdə sənədləşmənin həyata keçirilməsi üçün aidiyyatı üzrə məlumat verir.
  • Həftəlik və aylıq təşkil edilən komitələrdə iştirak edir, borcların yığılması ilə bağlı müzakirələrdə aktiv rol oynayır, təkliflər verir və razılaşdırılmış tədbirləri yerinə yetirir.
  • Əgər borcun geri ödənilməsi mümkün olmazsa, məsələni Xətti Rəhbər və ya Ərazi Meneceri ilə müzakirə edir.
  • Həftəlik, aylıq və digər hesabatları vaxtında hazırlayır və rəhbərliyə təqdim edir.
  • Borcların yığılması, müştərilərin vəziyyəti və məhkəmə icraatı barədə Ərazi Menecerə və Xətti Rəhbərə müntəzəm məlumat verir.

Namizəddən gözləntilərimiz:

  • Bakalavr təhsili (hüquq təhsili arzuolunandır).
  • Borcların yığılması sahəsində ən azı 1 il iş təcrübəsi.
  • Kreditləşmə və maliyyə sahəsində təcrübəsi olanlara üstünlük verilir.
  • Məsuliyyətli, düzgün, dəqiq və etibarlı olmaq.
  • İşləyəcəyi filial/filiallar üzrə yaxın və ətraf şəhər/rayonlarda yaşayan müştərilərin ünvanlarına səfər etmək imkanı.
  • Zərurət yarandıqda məhkəmə və icra orqanlarında təşkilatı təmsil etmək bacarığı.
  • Effektiv ünsiyyət bacarığı.

Texniki tələblər:

  • Şəxsi avtomobilin və sürücülük vəsiqəsi-mütləqdir

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Yanacaq və Amortizasiya xərcləri
  • Bonus sistemi;

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 oktyabr 2026
Son tarix
30 noyabr 2026
HRX ilə müraciət
3
Baxış
237

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Problemli kredit mütəxəssisi üzrə bazar adətən 500–1 100 ₼ ödəyir, median — 750 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

15 açıq vakansiya, 12 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Problemli kredit mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

FINCA Azerbaijan
Financial institution · 51-200 · Bakı
FINCA Azerbaijan — bütün vakansiyalar

“FINCA Azerbaijan” icma əsaslı 17 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Borcların yığılması sahəsində ən azı 1 il iş təcrübəsi tələb olunur.

Bakalavr təhsili tələb olunur, hüquq təhsili arzuolunandır.

Tibbi sığorta, yanacaq və amortizasiya xərclərinin ödənilməsi, bonus sistemi mövcuddur.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Problemli kredit mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

NBCO KredAqro
Junior · 1+ ilBakı
Maaş göstərilməyib

Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması üçün zənglər edir və hesabatlar hazırlayır

Credit AnalysisReport PreparationData AnalysisTeamwork+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
FINCA Azerbaijan
JuniorBakı
Maaş göstərilməyib

Problemli kredit portfelini idarə etmək və müştərilərlə effektiv danışıqlar aparmaq bacarığı tələb olunur

NegotiationRisk AnalysisReportingResponsibility+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Problemli kreditlər üzrə sahə yığım işçisi
Müraciət et