Kredit riski və komplayens üzrə qərar mexanizmlərini hazırlamaq və riskləri təhlil etmək tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Kredit riski
- Qərar mexanizminin hesabatına baxmaq və hər fiziki şəxs müraciəti üzrə risk rəyi yazmaq
- Hüquqi şəxslərin maliyyə hesabatlarını təhlil etmək və 2 iş günü ərzində rəy vermək
- Kredit Komitəsinin iclaslarında səs vermək, qeyri-standart müraciətlər üzrə təklif hazırlamaq
- Zaminlərin (fiziki və hüquqi şəxslər) ödəmə qabiliyyətini qiymətləndirmək
Qərar mexanizmi və siyasətlər
- Qərar mexanizminin qaydalarını, skor və limitləri hazırlamaq, Kredit Komitəsinin təsdiqinə təqdim etmək
- Qaydaların nəticələrini data analitiki ilə birlikdə izləmək və lazım olduqda dəyişiklik təklif etmək
- Kredit siyasətini, risk iştahı və limitlər sənədlərini yazmaq və aktual saxlamaq
Komplayens və AML
- KYC, AML, PEP və sanksiya yoxlamalarına nəzarət etmək
- Avtomobil satıcılarının və tərəfdaşların yoxlanmasını təşkil etmək
- AML proqramını yazmaq, şübhəli əməliyyatlar üzrə qərar vermək və Maliyyə Monitorinqi Xidmətinə hesabat prosesini qurmaq
- Müşahidə Şurasına AML üzrə dövri hesabat vermək
Daxili nəzarət
- Aylıq bank və uçot qalıqlarının tutuşdurulmasını yoxlamaq
- Sistemlərə giriş hüquqlarına nəzarət etmək
- Portfelin risk göstəricilərini (gecikmə mərhələləri, konsentrasiya) aylıq hesabatda təqdim etmək
Tələblər
- Ali təhsil: iqtisadiyyat, maliyyə, bank işi və ya riyaziyyat
- Bankda, BOKT-da və ya lizinq şirkətində kredit riski və ya anderrayting üzrə ən azı 1 il təcrübə
- AML/CFT qanunvericiliyi, PEP və sanksiya yoxlamaları üzrə praktik bilik
- Fiziki və hüquqi şəxslərin maliyyə vəziyyətini təhlil etmək bacarığı
- Azərbaycan Kredit Bürosu hesabatları ilə iş təcrübəsi
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Risk və kamplayens meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Kredit riski və ya anderrayting sahəsində ən azı 1 il təcrübə tələb olunur.
İqtisadiyyat, maliyyə, bank işi və ya riyaziyyat sahəsində ali təhsil tələb olunur.
CV-ni mövzu yerinə "Risk və kamplayens meneceri" qeyd etməklə müraciət edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarRisk meneceri üzrə Bakıda digər açıq elanlar.
Risklərin idarə edilməsi üzrə təcrübəçi kimi biznes proseslərində risklərin qiymətləndirilməsində iştirak etmək tələb olunur
Əməliyyat risklərinin idarə edilməsində iştirak edir və ən azı 3 il təcrübə tələb olunur
Risklərin idarə olunması və daxili nəzarət sistemlərinin qurulmasında iştirak etmək üçün 2-3 il təcrübə tələb olunur




