Logistika sığortası üzrə riskləri qiymətləndirir və sığorta siyasətlərini idarə edir.
Vakansiya haqqında
“Meqa Həyat Sığorta” ASC sığorta və satış sahəsində karyera qurmaq istəyən namizədləri Təcrübə Proqramına qoşulmağa və peşəkar komandamızın bir üzvü olmağa dəvət edir.
Bu proqramın əsas məqsədi təcrübəçilərin sığorta və satış sahəsində peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək, onları müştəri münasibətlərinin idarə olunması, satış prosesləri və sığorta əməliyyatları ilə yaxından tanış etməkdir. Proqram çərçivəsində təcrübəçilər daxili təlimlərdə iştirak edəcək, gündəlik iş proseslərinə cəlb olunacaq və peşəkar mentorların dəstəyi ilə real iş təcrübəsi qazanacaqlar.
Öhdəliklər
- Mövcud müştərilərin sığorta müqavilələrinin yenilənməsi;
- Yeni müştərilərdən daxil olan sorğuların cavablandırılması;
- Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlanılması;
- Müştərilərə sığorta məhsulları barədə ətraflı məlumat verilməsi;
- Müştəri və müqavilə məlumatlarının daxili informasiya sisteminə daxil edilməsi.
Bilik və Bacarıqlar
- MS Office proqramları ilə işləmə bacarığı;
- Sığorta qanunvericiliyi üzrə biliklər (üstünlükdür);
- Yüksək ünsiyyət və komanda ilə işləmə bacarığı;
- Məsuliyyətlilik və dəqiqlik;
- Dil bilikləri: Azərbaycan dili (rus və ingilis dilləri isə arzuolunandır);
Təhsil və Təcrübə
- Ali təhsil (bakalavr dərəcəsi);
- Müvafiq sahə üzrə 0–1 il iş təcrübəsi arzuolunandır.
Bizim Təklifimiz
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Davamlı öyrənmə və inkişaf mühiti;
- Daxili təlimlər və peşəkar mentor dəstəyi;
- Sığorta məhsulları və satış prosesini praktiki şəkildə öyrənmək imkanı;
- Müştərilərlə peşəkar ünsiyyət bacarıqlarını inkişaf etdirmək;
- Real iş mühitində təcrübə qazanmaq;
- Uğurlu nəticə göstərən namizədlər üçün uzunmüddətli əməkdaşlıq və karyera inkişafı imkanı;
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Təcrübə proqramı" qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sığorta mütəxəssisi üzrə bazar adətən 214–800 ₼ ödəyir, median — 450 ₼.
10 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sığorta mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Meqa Həyat Sığorta (Mega Life Insurance) is an Azerbaijani life insurance company licensed in 2021, offering compulsory, mortgage, term, endowment and critical-illness life insurance.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
0–1 il iş təcrübəsi arzuolunandır.
Ali təhsil (bakalavr dərəcəsi) tələb olunur.
Namizədlərdən CV göndərmələri tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçCV-lər mövzu hissəsində "Təcrübə proqramı" qeyd edilməklə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSığorta mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Yeni müştəriləri cəlb edir, sığorta məhsullarını satır və müştəri əlaqələrini idarə edir.
Kredit məhsullarını təbliğ edir, müştərilərlə işləmək və satış bacarığı tələb olunur
Müştərilərlə işləyir, kredit müraciətlərini qiymətləndirir və satış bacarıqları tələb olunur.


