Vakansiya haqqında

Profitline Consulting şirkəti müştəri müəssisələrinə vergi və mühasibat uçotu xidmətlərinin göstərilməsi məqsədilə peşəkar Vergi mütəxəssisi axtarır.

Vəzifə öhdəlikləri:

  • Müştəri şirkətlərinin vergi uçotunun qurulmasına dəstək göstərilməsi və uçot prosesinə nəzarət;
  • Vergi, DSMF, statistika və digər hesabat və bəyannamələrin hazırlanaraq vaxtında təqdim edilməsi;
  • Mənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergi, sadələşdirilmiş vergi, əmlak və torpaq vergisi üzrə hesablamaların aparılması;
  • Vergi orqanlarından daxil olan məktub, bildiriş, uyğunsuzluq və kameral yoxlama sənədlərinin izlənilməsi;
  • Daxil olan sorğu və bildirişlərə əsaslandırılmış cavabların hazırlanması və vaxtında təqdim edilməsi;
  • Müştərilərin şəxsi hesab vərəqələrinin, vergi borclarının, artıq ödəmələrinin və ƏDV depozit hesablarının yoxlanılması;
  • Mühasibat uçotu ilə vergi uçotu arasındakı fərqlərin müəyyən edilməsi və aradan qaldırılmasına dəstək;
  • Vergi ödənişlərinin düzgün hesablanmasına və vaxtında həyata keçirilməsinə nəzarət;
  • Müqavilələrin və təsərrüfat əməliyyatlarının vergi riskləri baxımından təhlili;
  • Vergi yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və prosesdə iştirak;
  • Müştərilərə vergi məsələləri üzrə peşəkar məsləhətlərin verilməsi;
  • Vergi qanunvericiliyindəki dəyişikliklərin izlənilməsi və müştərilərin məlumatlandırılması;
  • Aşkar edilmiş vergi riskləri və uyğunsuzluqlar üzrə hesabat və təkliflərin hazırlanması;
  • Vergi orqanları ilə yazışmaların və zəruri hallarda görüşlərin həyata keçirilməsi.

Namizədə tələblər:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq istiqamət üzrə ali təhsil;
  • Vergi və ya mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Konsaltinq və ya autsorsinq şirkətində iş təcrübəsi üstünlükdür;
  • Müxtəlif fəaliyyət sahələri üzrə bir neçə şirkətin vergi uçotunu paralel idarə etmək bacarığı;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini və müvafiq qanunvericiliyi yüksək səviyyədə bilmək;
  • Vergi bəyannamələrinin müstəqil hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə;
  • Elektron Vergi İnformasiya Sistemi və digər dövlət portalları ilə işləmək bacarığı;
  • 1C proqramını və MS Excel-i yaxşı səviyyədə bilmək;
  • Rəsmi məktub və əsaslandırılmış cavablar hazırlamaq bacarığı;
  • Güclü analitik düşüncə, dəqiqlik və məsuliyyət;
  • Müştərilərlə peşəkar ünsiyyət və komanda ilə işləmək bacarığı.

İş şəraiti:

  • Əmək haqqı: 1700–2 500 AZN;
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək;
  • Rüblük əlavə Bonus sistemi(KPİ)
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Peşəkar inkişaf və müxtəlif sahələr üzrə layihələrdə iştirak imkanı;
  • Stabil və korporativ iş mühiti;

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Vergi mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 700–2 500 ₼
Yerləşdirilib
19 oktyabr 2026
Son tarix
19 noyabr 2026
Baxış
32

Şirkət haqqında

Profitline Consulting MMC
Peşəkar, elmi və texniki fəaliyyətlər, Konsaltinq xidmətləri · Baku
Profitline Consulting MMC — bütün vakansiyalar

Profitline Consulting MMC olaraq biznes konsaltinq, maliyyə xidmətləri, vergi və mühasibatlıq dəstəyi, ERP və idarəetmə sistemlərinin qurulması, büdcələmə, maliyyə modelləşdirilməsi və biznesin strateji inkişafı sahələrində fəaliyyət…

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Əmək haqqı 1700–2500 AZN aralığındadır, bilik və təcrübəyə əsasən müəyyən edilir.

Rüblük əlavə bonus sistemi (KPI) mövcuddur.

CV-lər mövzu hissəsində “Vergi mütəxəssisi” qeyd edilməklə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Vergi və ya mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Vergi uçotu üzrə aparıcı mühasib üzrə Bakıda digər açıq elanlar.

Azerconnect Group
Middle · 3–5 ilBakı
Maaş göstərilməyib3 gün qalıb

Vergilər üzrə mühasib kimi vergi qanunvericiliyini bilmək və hesabatlar hazırlamaq.

Financial ReportingStatistical ReportingTax AccountingAccounting Software+2
Müraciət et
Azera Holding
Middle · 3+ ilBakı
1 800–2 000₼

Mühasibat uçotunu aparır, maliyyə hesabatlarını hazırlayır, minimum 3 il təcrübə tələb olunur.

AccountingFinancial ReportingAudit1C 8.3+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Target Logistics
Middle · 3+ ilBakı
1 900–2 600₼

Logistika sığortası üzrə riskləri qiymətləndirir və sığorta siyasətlərini idarə edir.

DocumentationComplianceNegotiationReporting
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Acon Tax and Accounting
Senior · 5+ ilBakı
2 300–2 500₼

Mühasibat uçotunu qurur, istehsalat uçotu və maya dəyəri üzrə təcrübəsi olmalıdır.

AccountingTax LegislationFinancial ReportingInventory Management+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
1 700–2 500 ₼
Vergi mütəxəssisi
Müraciət et