Tender proseslərini idarə edir, layihə xərclərinə nəzarət edir və kommersiya təklifləri hazırlayır, 5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Tikinti layihələri üzrə ilkin büdcələrin və xərc planlarının hazırlanmasına nəzarət etmək.
- Layihələrin faktiki xərclərini təsdiq olunmuş büdcə ilə müqayisə etmək və kənarlaşmaları təhlil etmək.
- Material, əməkhaqqı, texnika, subpodratçı və digər tikinti xərclərini izləmək.
- Aylıq xərc hesabatlarını, büdcə proqnozlarını və maliyyə təhlillərini hazırlamaq.
- Layihə rəhbərləri, satınalma, maliyyə və texniki şöbələrlə koordinasiyalı işləmək.
- Xərclərin optimallaşdırılması və büdcəyə qənaət imkanlarını müəyyən etmək.
- Müqavilə dəyişikliklərinin, əlavə işlərin və variation order-lərin büdcəyə təsirini qiymətləndirmək.
- Cash flow, cost-to-complete və estimate-at-completion (EAC) proqnozlarını hazırlamaq.
- Layihə üzrə riskləri və mümkün büdcə aşımını əvvəlcədən müəyyən edərək rəhbərliyə təqdim etmək.
- Xərc nəzarəti prosedurlarının və hesabat sistemlərinin təkmilləşdirilməsində iştirak etmək.
Tələblər
- Maliyyə, iqtisadiyyat, mühəndislik, tikinti menecmenti və ya əlaqəli sahə üzrə ali təhsil.
- Tikinti sektorunda xərc nəzarəti, layihə büdcələşdirilməsi və ya maliyyə təhlili sahəsində minimum 5 il iş təcrübəsi.
- Böyük tikinti layihələri üzrə büdcə və faktiki xərclərin idarə edilməsi təcrübəsi.
- Excel proqramı üzrə yüksək səviyyədə biliklər; ERP sistemləri ilə iş təcrübəsi üstünlükdür.
- Cost control, cost forecasting, variance analysis və cash flow planlaşdırılması üzrə biliklər.
- Müqavilələrin, BOQ (Bill of Quantities) sənədlərinin və tikinti smetalarının təhlili bacarığı.
- Analitik düşüncə, detallara diqqət və güclü problem həll etmə bacarığı.
- Komanda ilə işləmək və rəhbərliyə aydın hesabatlar təqdim etmək bacarığı.
- Azərbaycan dili biliyi; ingilis və rus dillərini bilmək.
Üstünlük hesab olunur
- EPC və ya iri həcmli infrastruktur və tikinti layihələrində iş təcrübəsi.
- Primavera P6, MS Project, Power BI və ya digər layihə idarəetmə alətləri ilə işləmək bacarığı.
- PMP, AACE və ya digər müvafiq beynəlxalq sertifikatların olması.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Xərclər üzrə nəzarətçi üzrə bazar adətən 580–2 400 ₼ ödəyir, median — 750 ₼.
18 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Xərclər üzrə nəzarətçi kimi öz maaşını yoxlaŞirkət haqqında
1996-cı ildə yarandığı gündən MCG mühəndis komandası ilə fərgli dövlət əhəmiyyətli obyektlərin tikintisi ilə məşgul olur. İşçi heyətimiz aşağıdakı sahələr üzrə xidmət göstərmək üçün təcrübəli və tam ixtisaslıdır: - Elektrik / Cihazlar /…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Tikinti sektorunda xərc nəzarəti və maliyyə təhlili sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.
Namizədlər CV-lərini müraciət formu vasitəsilə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarXərclər üzrə nəzarətçi üzrə Bakıda digər açıq elanlar.
Tikinti və təmir işləri üzrə smeta hazırlayır, AutoCAD və MS Office bilikləri tələb olunur
Maya dəyərin və xərclərin düzgün uçotunu aparır, mühasibat və xərclərə nəzarət üzrə təcrübə tələb olunur.
Xərclərin idarə olunması və büdcələşdirmə üzrə iş görür, ən azı 3 il təcrübə tələb olunur.




