Vakansiya haqqında

Biz brendi yalnız idarə edən deyil, onu hiss edən, inkişaf etdirən və bazarda fərqləndirən bir lider axtarırıq.

Prime Accessories – yeniliklərə açıq, müştəri təcrübəsini və brend dəyərini ön planda tutan dinamik retail şirkətidir. Bizim üçün brend sadəcə məhsul deyil, müştərinin yaşadığı hissdir. Bu hissi formalaşdıracaq, brend strategiyasını gücləndirəcək və komandaya istiqamət verərək brendin satışını artıracaq dəyərli əməkdaş axtarırıq.

Hansı işləri görəcəksiniz:

  • Pərakəndə mağazalar qarşısında qoyulan hədəf və aylıq satış planlarının həyata keçirilməsinə dəstək olmaq;
  • Dəri proyekti ( çanta, cüzdan, kəmər, çamadan) bütün məhsulları tanımaq, onların qiymətini, özəllik və texniki parametrlərini bilmək;
  • Məhsullar haqqında treninqlər keçirtmək, məhsulun texniki tərəfləri və satış standartı haqqında məlumat vermək;
  • Brend strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Məhsul alışı zamanı malları vaxtında sifariş vermək;
  • Mal çeşidləri üzrə maksimal və minimal qalıqları təyin etmək;
  • Mağazaların aylıq satış planlarının qoyulmasında iştirak etmək, qoyulan aylıq planların yerinə yetirilməsini təqib etmək;
  • Satış və marketinq komandaları ilə birlikdə brendin satış performansına təsir edən layihələrin həyata keçirilməsi;
  • Bazar, rəqiblər və müştəri davranışlarının təhlil edilməsi;
  • Yeni məhsulların və kolleksiyaların bazara təqdim olunması prosesində iştirak;
  • Aylıq və rüblük hesabatların hazırlanması.

Namizəddən tələblər:

  • Ali təhsil (Marketinq, Biznes idarəçiliyi və ya əlaqəli sahələr üzrə);
  • Satış sahəsində, brend idarəçiliyi və ya kateqoriya menecer kimi 3 ildən yuxarı iş təcrübəsi;
  • Brend menecer və ya kateqoriya meneceri kimi qeyri-qida sahəsində təcrübəsi olanlara üstünlük veriləcək;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmək ( xüsusilə Excel mütləqdir );
  • Rus və İngilis dili bilikləri mütləqdir;
  • Analitik düşünmə və bazar analiz bacarığı;
  • Təlim keçmək, təqdimat etmək bacarığı mütləqdir;
  • Kreativ düşüncə və güclü təqdimat bacarığı;
  • Komanda ilə işləmə və layihələri idarə etmə bacarığı.
  • Filial səfərlərinə hazır olmaq;

Biz sizə nələr təklif edirik:

  • Əmək haqqı: nett 1200-1500 Azn aralığında + əlavə bonuslar;
  • 5 günlük iş qarfiki;
  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
  • Şirkət daxili təlim və inkişaf imkanları;
  • Karyera yüksəlişi imkanı.

Bizim komandaya necə qoşula bilərsiniz:

Əgər siz də öz potensialınıza güvənir və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Brend menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 200–1 500 ₼
Yerləşdirilib
24 avqust 2026
Dillər
Russian, English
Son tarix
24 sentyabr 2026

Şirkət haqqında

Prime Accessories Mağazalar Şəbəkəsi
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət · Bakı

PRİME Accessories Mağazalar Şəbəkəsi Azərbaycanda 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Dünya şöhrətli brendlərin Zeppelin, Citizen, Romanson, Seiko, Timex, Hanowa, Casio, Daniel Klein və s.

Prime Accessories Mağazalar Şəbəkəsi — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib

Tərəfdaşlarla əlaqələr qurmaq və məlumat inteqrasiyasını koordinasiya etmək bacarığı vacibdir.

Data AnalysisBusiness DevelopmentRisk ManagementPower BI+8
Müraciət etAsan müraciətAsan müraciət
TABIA Group LLC
Head/Director · 2+ ilŞabran
Maaş göstərilməyib6 gün qalıb

Mühasibat uçotunu aparır və peşəkar mühasib sertifikatına malik olmalıdır.

AccountingAccounts PayableAccounts ReceivableAnalytical Thinking+11
Müraciət et
AZMADE GROUP
Junior · 1+ ilBakı
Maaş göstərilməyib

Audit yoxlamalarını həyata keçirir və maliyyə, mühasibat sahəsində ilkin bilik tələb olunur

AuditFinancial ReportingAccountingTeamwork+5
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
1 200–1 500 ₼
Brend menecer
Müraciət et