Şirkətin korporativ kommunikasiya layihələrini idarə edir və PR bacarıqlarına malikdir.
Vakansiya haqqında
Daxili kommunikasiya fəaliyyətlərinin daha sistemli və effektiv təşkili, şirkət daxilində məlumat mübadiləsinin gücləndirilməsi və əməkdaş təcrübəsinin inkişaf etdirilməsi məqsədilə komandamıza yeni əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri
Daxili kommunikasiya strategiyası və fəaliyyət planı çərçivəsində ona həvalə olunan layihə, kampaniya və kommunikasiya sorğularını planlaşdırır və icra edir.
Kommunikasiya məqsədini, auditoriyanı, əsas mesajı, uyğun kanalı və icra müddətini müəyyənləşdirir, tapşırıqları prioritetləşdirir və statusunu izləyir.
Strateji təşəbbüs, təşkilati dəyişiklik və rəhbərlik kommunikasiyası üzrə elan, xəbər, təqdimat, çıxış, video mesaj, sual-cavab və tədbir materialları hazırlayır.
Korporativ mədəniyyət, əməkdaş bağlılığı, tanınma, əməkdaş təcrübəsi, işəgötürən brendi və KSM təşəbbüsləri üzrə kommunikasiya məzmunları və kampaniyalar hazırlayır.
Xəbər, elan, başlıq, sloqan, çağırış və digər mətnləri yazır və redaktə edir, mürəkkəb məlumatları aydınlaşdırır, çoxdilli uyğunlaşdırma və təsdiq prosesini təmin edir.
İntranet, elektron poçt, rəqəmsal ekran və digər kanallar üçün məzmun hazırlayır, yerləşdirir, aktuallığını izləyir, məzmun planı və nəşr təqviminə töhfə verir.
Video, foto, vizual və tədbir materialları üzrə brif və ssenarilər hazırlayır, yaradıcı tərəflər və xidmət təminatçıları ilə icranı koordinasiya edir.
Həssas və böhran kommunikasiyasında yalnız təsdiqlənmiş məlumatların yayımını təmin edir, yanlış məlumat və risklər barədə rəhbəri məlumatlandırır.
Geribildirim, sorğu və kanal göstəricilərini toplayır və təhlil edir, fəaliyyət və nəticə hesabatları, təkmilləşdirmə təklifləri və mükafat müraciətləri hazırlayır.
Layihə büdcəsi, təchizatçı, satınalma və sənədləşmə proseslərini izləyir, aidiyyəti tərəflərlə koordinasiya aparır və daha az təcrübəli əməkdaşlara dəstək göstərir.
Tələblər
Kommunikasiya, ictimaiyyətlə əlaqələr, jurnalistika, marketinq, insan resursları, sosial elmlər və ya əlaqəli sahə üzrə ali təhsil və praktik təcrübəyə malik olmaq.
Daxili kommunikasiya materiallarının, kampaniyaların və layihələrin hazırlanması və icrası üzrə təcrübəyə malik olmaq.
Dəyişiklik və lider kommunikasiyası, korporativ mədəniyyət, əməkdaş bağlılığı və işəgötürən brendi barədə anlayışa malik olmaq.
Güclü kopiraytinq, redaktə, korrektə, hekayələndirmə və mürəkkəb məlumatları aydın təqdim etmək bacarığına malik olmaq.
İntranet, elektron poçt, rəqəmsal ekran və əməkdaş platformalarında məzmun hazırlamaq və idarə etmək bacarığına malik olmaq.
Video ssenari, kreativ brif, təqdimat və müxtəlif kommunikasiya formatları hazırlamaq, yaradıcı tərəflərlə koordinasiya aparmaq bacarığına malik olmaq.
Kommunikasiya göstəriciləri, sorğu və geribildirim məlumatlarını toplamaq, təhlil etmək və hesabat hazırlamaq bacarığına malik olmaq.
Planlama, prioritetləşdirmə, problem həlli, komanda işi və daha az təcrübəli əməkdaşlara istiqamət vermək bacarığına malik olmaq.
Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək; MS Office, kommunikasiya və süni intellekt alətləri ilə işləmək bacarığına malik olmaq.
Üstünlüklər
Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
PBT2 (Port Baku Tower 2) binasında yerləşir.
İş saatları və günləri barədə məlumat verilməyib.
Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçMS Office və süni intellekt alətləri ilə işləmək bacarığı tələb olunur.
Azərbaycan dili mükəmməl, ingilis və rus dilləri yaxşı səviyyədə olmalıdır.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarDaxili kommunikasiya meneceri üzrə Bakıda digər açıq elanlar.
Sosial media üçün kontent hazırlayır və reklam kampaniyalarını idarə edir, 3 il təcrübə tələb olunur.
Sosial media hesablarını idarə edir, kreativ dizayn və video hazırlamaq bacarığı tələb olunur.
Rəqəmsal marketinq və AI alətlərindən istifadə edərək sosial media kanallarını idarə edir və kontent yaradır.



