E-ticarət xidmətləri üzrə marketinq mütəxəssisi

Starex

Vakansiya haqqında

Təsvir

Shop & Ship — xaricdən onlayn alış-verişlərin çatdırılması xidmətimizin inkişafına töhfə verəcək əməkdaş axtarırıq. Bu vəzifənin əsas məqsədi marketinq komandası ilə birlikdə yeni müştərilərin cəlb edilməsi, mövcud müştərilərin aktivliyinin və sifarişlərin artırılmasıdır.

Əsas vəzifə öhdəlikləri:

  • Shop & Ship xidmətinin satış və marketinq planlarının hazırlanması və təsdiqlənmiş tədbirlərin icrasını təmin etmək;
  • Yeni müştəri seqmentlərini müəyyənləşdirmək və onların cəlb edilməsi üçün təkliflər hazırlamaq;
  • Qeydiyyatdan keçmiş, lakin ilk sifarişini etməmiş müştərilərin aktivləşdirilməsi üçün kampaniyalar həyata keçirmək;
  • Təkrar sifarişləri və müştəri loyallığını artırmaq, müştəri itkisini azaltmaq üçün təşəbbüslər hazırlamaq;
  • Marketinq komandası və xidmət göstərən agentliklə birlikdə rəqəmsal kampaniyaları planlaşdırmaq, icrasını koordinasiya etmək və nəticələrini ölçmək;
  • Korporativ müştərilər, influenserlər və potensial tərəfdaşlarla birgə kampaniya və əməkdaşlıq imkanlarını inkişaf etdirmək;
  • Rəqiblərin qiymət, kampaniya və xidmətlərini, eləcə də müştərilərin alış davranışlarını təhlil etmək;
  • Xidmətin tanınmasını və bazar payını artırmağa yönəlmiş təkliflər vermək;
  • Kampaniyalar üçün məzmun və vizual materiallara dair briflər hazırlamaq;
  • Yeni və aktiv müştəri sayı, ilk və təkrar sifarişlər, müştəri cəlbetmə xərci və kampaniya effektivliyi üzrə hesabatlar hazırlamaq.

Namizədə tələblər:

  • Marketinq, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
  • Rəqəmsal kampaniyaların planlaşdırılması və nəticələrinin təhlili üzrə praktiki təcrübə;
  • Meta Ads, Google Ads və Google Analytics alətləri üzrə biliklər;
  • Müştəri seqmentləşdirilməsi, müştəri cəlbi və loyallıq kampaniyaları barədə anlayış;
  • Excel və ya Google Sheets vasitəsilə məlumatları təhlil etmək və hesabat hazırlamaq bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
  • Analitik düşüncə, təşəbbüskarlıq, planlama və komanda ilə işləmək bacarığı.

Üstünlük veriləcək:

  • E-ticarət, karqo, logistika xidmətlərində iş təcrübəsi;
  • CRM sistemləri, e-mail, SMS və push bildiriş kampaniyaları ilə iş təcrübəsi;
  • Müştəri və sifariş sayının artırılması üzrə ölçülə bilən nəticələr;
  • Türk və ingilis dili bilikləri.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Könüllü tibbi sığorta
  • Push30 dəstəyi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Fikrət Əmirov küç. 6 (Hökumət evinin arxası)
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 noyabr 2026
Dillər
Azerbaijani, Turkish, English
Son tarix
13 dekabr 2026
Baxış
92

Şirkət haqqında

Starex
Nəqliyyat və anbar təsərrüfatı, Kuryer və poçt xidmətləri · 201-500 · Bakı
Starex — bütün vakansiyalar

“STAREX MAĞAZACILIK HİZMETLERİ" Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Marketinq sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.

Vakansiya tam ştatdır.

Müraciət üçün linkə daxil olaraq müraciət etmək lazımdır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Azərbaycan dili səlis yazılı və şifahi ünsiyyət tələb olunur, türk və ingilis dili üstünlükdür.

Meta Ads, Google Ads, Google Analytics və Excel və ya Google Sheets bilikləri tələb olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

E‑ticarət üzrə marketinq meneceri üzrə Bakıda digər açıq elanlar.

Əliyev və K ŞİKŞ
Mütəxəssis · 3–5 ilBakı
800–1 000₼

B2B satış və rəqəmsal marketinq strategiyalarını hazırlayıb həyata keçirmək üçün 3-5 il təcrübə tələb olunur

Marketing StrategyB2B SalesLead GenerationMeta Ads+13
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
EDU COMPANY Təhsil Şirkəti
Mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib

Marketinq strategiyasını hazırlayıb icra edir, rəqəmsal marketinq və Google Ads bacarığı tələb olunur

Marketing StrategyGoogle AdsGoogle AnalyticsMeta Ads+18
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Balique 2023 Ltd MMC
Təcrübəli mütəxəssis · 5+ ilBakı
1 200₼

Marketinq planları hazırlayıb sosial media və reklam kampaniyalarını idarə etmək üçün 5 il təcrübə tələb olunur

Social Media MarketingData AnalysisTikTok AdsGoogle Analytics+13
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
E-ticarət xidmətləri üzrə marketinq mütəxəssisi
Müraciət et