Reklam istehsalı sahəsində işləyir, vinil materialların kəsilməsi və reklam konstruksiyalarının hazırlanmasını bacarır.
Vakansiya haqqında
Beynəlxalq brendlərlə işləmək, ezamiyyətlərə getmək və real biznes proseslərinin içində olmaq istəyirsiniz?
İT və təhlükəsizlik texnologiyaları sahəsində karyera qurmaq istəyən gənc mütəxəssislər üçün əla fürsət!
Biz Brend meneceri axtarırıq.
Vəzifənin məqsədi
- Brend meneceri şirkətin brend portfelinə daxil olan beynəlxalq və yerli brendlərin strateji idarə olunması, bazarda mövqeləndirilməsi və inkişafına cavabdeh olacaqdır.
- Vəzifə aktiv kommunikasiya, təqdimatların keçirilməsi və beynəlxalq tərəfdaşlarla birbaşa işləməyi nəzərdə tutduğundan, xarici dilləri yüksək səviyyədə bilmək mütləq tələbdir.
Əsas vəzifə öhdəlikləri
- Brendlər üzrə qısamüddətli və uzunmüddətli strateji planların hazırlanması və icrası
- Brendlərin bazarda mövqeləndirilməsi və kommunikasiya strategiyasının formalaşdırılması
- Beynəlxalq istehsalçılar və tərəfdaşlarla ingilis dilində aktiv yazışmaların və görüşlərin aparılması
- Yeni məhsulların bazara çıxarılması və təqdimatların hazırlanması
- Marketinq kampaniyalarının planlaşdırılması və icrasına nəzarət
- Satış şöbəsi ilə koordinasiyalı fəaliyyətin təşkili
- Bazar və rəqib analizlərinin aparılması
- Brendlər üzrə hesabat və təqdimat materiallarının hazırlanması
Namizədə tələblər
- Marketinq, biznesin idarə olunması, İT və ya əlaqəli ixtisas üzrə ali təhsil
- Brend menecmenti və ya marketinq sahəsində minimum 2–3 il iş təcrübəsi
- Analitik və strateji düşüncə qabiliyyəti
- Güclü təqdimat, yazılı və şifahi kommunikasiya bacarıqları
- Texnologiya və İT məhsulları sahəsinə maraq və ya təcrübə üstünlük hesab olunur
Dil bilikləri:
- Azərbaycan dili — sərbəst
- İngilis dili — yüksək səviyyədə (yazılı və şifahi)
- Rus dili — yüksək səviyyədə (yazılı və şifahi)
Biz təklif edirik
- Beynəlxalq brendlərlə birbaşa işləmək imkanı
- Stabil və inkişaf edən şirkətdə uzunmüddətli karyera perspektivi
- Peşəkar inkişaf və real qərarvermə proseslərində iştirak
- Rəqabətqabiliyyətli əməkhaqqı və motivasiyaedici iş mühiti
- Şəhər mərkəzində ofis + 5 günlük iş qrafiki
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Brend meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Marketinq kommunikasiyaları üzrə mütəxəssis üzrə bazar adətən 800–1 250 ₼ ödəyir, median — 1 200 ₼.
4 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Marketinq kommunikasiyaları üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş şəhər mərkəzində yerləşən ofisdədir.
İş həftədə 5 gün, tam iş günüdür.
Namizədlərdən CV göndərilməsi tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMövzu hissəsində “Brend meneceri” qeyd edilməlidir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMarketinq kommunikasiyaları üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Şirkətin rəqəmsal platformalarını idarə edir, sosial media və kontent hazırlama bacarığı tələb olunur
Şirkətin PR və sosial media strategiyalarını idarə etmək və kreativ kontent yaratmaq bacarığı tələb olunur
Marketinq və ticarət fəaliyyətlərini idarə edir, strateji planlama və brend idarəçiliyi tələb olunur



