Şirkətin rəqəmsal platformalarını idarə edir, sosial media və kontent hazırlama bacarığı tələb olunur
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
PR istiqaməti:
- Şirkətin ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Şirkətin müsbət imicinin və brend nüfuzunun qorunması və inkişaf etdirilməsi;
- Media nümayəndələri, bloggerlər, influencerlər və tərəfdaşlarla əlaqələrin qurulması və idarə olunması;
- Mətbuat açıqlamaları, press-relizlər və rəsmi məlumatların hazırlanması;
- Yeni filmlərin premyeraları, xüsusi nümayişlər və digər tədbirlərin PR planının hazırlanması və icrası;
- Reklam və kommunikasiya kampaniyalarının təşkili;
- Şirkətin tədbirlərdə və ictimai platformalarda təmsil olunmasının təmin edilməsi;
- Media və ictimaiyyət rəylərinin izlənilməsi, reputasiya risklərinin idarə olunması.
SMM istiqaməti:
- Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok və digər platformalar) idarə olunması;
- Aylıq və həftəlik kontent planlarının hazırlanması və icrası;
- Sosial media üçün kreativ ideyaların, mətnlərin və paylaşım konseptlərinin hazırlanması;
- Film təqdimatları, premyeralar, kampaniyalar və xüsusi təkliflər üzrə kontentlərin hazırlanmasının təşkili;
- Foto və video çəkilişlərinin planlaşdırılması və koordinasiyası;
- Reels, Stories və digər sosial media formatları üzrə kontentlərin hazırlanması;
- Sosial media auditoriyası ilə kommunikasiyanın qurulması, mesaj və şərhlərin idarə olunması;
- Sosial media statistikalarının və reklam kampaniyalarının nəticələrinin təhlili;
- İzləyici sayının, əhatə dairəsinin və sosial media aktivliyinin artırılması istiqamətində tədbirlərin görülməsi;
- SMM və rəqəmsal reklam fəaliyyətlərinin effektivliyinin qiymətləndirilməsi.
Namizədə tələblər
- PR, SMM, Marketinq və ya müvafiq sahə üzrə iş təcrübəsi;
- Sosial media platformalarının idarə olunması üzrə praktiki biliklər;
- Kreativ düşünmə və kontent ideyaları yaratmaq bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus və ingilis dillərini bilmək arzuolunandır;
- Canva, CapCut və digər kontent hazırlama proqramları ilə işləmək bacarığı;
- Foto və video çəkiliş proseslərini koordinasiya etmək bacarığı;
- Analitik düşüncə, təşkilatçılıq və komanda ilə işləmək bacarığı;
- Operativ, məsuliyyətli və nəticəyönümlü olmaq.
Təklif edirik
- 1 500 AZN NET əmək haqqı;
- Kreativ və dinamik iş mühiti;
- Böyük auditoriyaya malik tanınmış brendlə işləmək imkanı;
- Peşəkar inkişaf və karyera perspektivi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Marketinq kommunikasiyaları üzrə mütəxəssis üzrə bazar adətən 800–1 250 ₼ ödəyir, median — 1 200 ₼.
4 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Marketinq kommunikasiyaları üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Park Cinema — Azərbaycanda fəaliyyət göstərən ilk və ən böyük yeni nəsil kinoteatr şəbəkələrindən biridir. 26 oktyabr 2010-cu ildə yaradılıb.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Əmək haqqı 1 500 ₼ NET-dir.
Son müraciət tarixi 13 dekabr 2026-cı ildir.
Namizədlər CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMarketinq kommunikasiyaları üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Beynəlxalq və yerli brendlərin strateji idarə olunmasını və bazar analizini həyata keçirir
Reklam istehsalı sahəsində işləyir, vinil materialların kəsilməsi və reklam konstruksiyalarının hazırlanmasını bacarır.
Sosial şəbəkələri idarə edir, AI alətlərindən istifadə edir və ən azı 3 il təcrübə tələb olunur



