Vakansiya haqqında

DTS MMC komandamıza yaradıcı düşüncəyə, güclü kommunikasiya bacarıqlarına və rəqəmsal marketinq sahəsində praktiki təcrübəyə malik Marketinq Meneceri axtarır.

Namizəd şirkətin rəqəmsal platformalarda təmsil olunmasına, korporativ imicinin inkişaf etdirilməsinə, sosial media hesablarının idarə olunmasına və marketinq kontentinin hazırlanmasına cavabdeh olacaq.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin LinkedIn, Instagram, Facebook və digər sosial media hesablarının idarə olunması və inkişaf etdirilməsi;
  • Sosial media üçün aylıq kontent planının hazırlanması və icrası;
  • Sosial media postlarının, vizual materialların, təqdimatların və digər marketinq kontentinin hazırlanması;
  • Şirkətin həyata keçirdiyi layihələr, xidmətlər və yeniliklər haqqında peşəkar mətnlərin yazılması;
  • Korporativ veb-saytlar üçün məqalələrin, layihə təsvirlərinin və xidmət səhifələrinin hazırlanması və yenilənməsi;
  • Layihələrə aid foto və video materialların seçilməsi, redaktəsi və paylaşılması;
  • Şirkətin korporativ brend üslubunun və vizual standartlarının qorunması;
  • Rəqəmsal reklam kampaniyalarının planlaşdırılması və idarə olunması;
  • Sosial media və veb-sayt göstəricilərinin izlənilməsi, nəticələrin təhlili və hesabatların hazırlanması;
  • Marketinq fəaliyyətlərinin təkmilləşdirilməsi üçün yeni ideya və təkliflərin irəli sürülməsi.

Namizədə tələblər

  • Marketinq, rəqəmsal marketinq və ya sosial media idarəçiliyi sahəsində iş təcrübəsi;
  • Sosial media platformalarının və kontent idarəetmə alətlərinin yaxşı səviyyədə mənimsənilməsi;
  • Canva, Adobe Photoshop və ya digər dizayn proqramları ilə işləmək bacarığı;
  • Vizual kontent və sosial media postları hazırlamaq bacarığı;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı kommunikasiya və mətn hazırlama bacarığı;
  • İngilis dilində peşəkar məzmun hazırlamaq və redaktə etmək bacarığı;
  • WordPress və digər CMS platformaları ilə işləmək bacarığı üstünlükdür;
  • Foto və video redaktə proqramları ilə iş təcrübəsi üstünlükdür;
  • Süni intellekt əsaslı kontent hazırlama alətlərindən istifadə bacarığı;
  • Yaradıcı düşüncə, məsuliyyətlilik, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı.

Biz nə təklif edirik?

  • Peşəkar və inkişafyönümlü iş mühiti;
  • Beynəlxalq marine, offshore, engineering və digər sənaye layihələri ilə tanışlıq imkanı;
  • Şirkətin rəqəmsal marketinq strategiyasının inkişafında aktiv iştirak;
  • Yeni ideyaları tətbiq etmək və peşəkar bacarıqları inkişaf etdirmək imkanı;
  • Əməkhaqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunur.

Maraqlanan namizədlər CV-lərini və mövcud olduğu halda hazırladıqları iş nümunələrini (portfolio) Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə, mövzu hissəsində “Marketinq Meneceri” qeyd etməklə göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 noyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
13 dekabr 2026
Baxış
121

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Marketinq kommunikasiyaları üzrə mütəxəssis üzrə bazar adətən 800–1 250 ₼ ödəyir, median — 1 200 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

4 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Marketinq kommunikasiyaları üzrə mütəxəssis kimi öz maaşını yoxla

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Müraciətlər 13 dekabr 2026-cı il tarixinədək qəbul olunur.

Əməkhaqqı müsahibə zamanı müzakirə olunur.

Namizəd CV və varsa iş nümunələrini (portfolio) göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Mövzu hissəsində “Marketinq Meneceri” qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Marketinq kommunikasiyaları üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

1 500₼

Şirkətin PR və sosial media strategiyalarını idarə etmək və kreativ kontent yaratmaq bacarığı tələb olunur

Public RelationsContent CreationContent PlanningCreative Thinking+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
AEM Elektron
Mütəxəssis · 2–3 ilBakı
Maaş göstərilməyib

Beynəlxalq və yerli brendlərin strateji idarə olunmasını və bazar analizini həyata keçirir

Brand ManagementMarket AnalysisPresentation SkillsReport Preparation+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Admedia
Mütəxəssis · 3–5 ilBakı
1 000–1 500₼

Reklam istehsalı sahəsində işləyir, vinil materialların kəsilməsi və reklam konstruksiyalarının hazırlanmasını bacarır.

TeamworkTool Handling
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Marketinq meneceri
Müraciət et