Vakansiya haqqında

Kreativ düşüncəni analitik yanaşma ilə birləşdirən, daxili kreativ komandaya rəhbərlik edəcək və rəqəmsal marketinq fəaliyyətinin strategiyasına, icrasına və nəticələrinə görə məsuliyyət daşıyacaq təcrübəli lider axtarırıq.

Əsas vəzifə və məsuliyyətlər

1. Komandanın idarə olunması

  • Akkaunt menecer, SMM mütəxəssisləri, dizayner, kopirayter və digər kreativ komanda üzvlərinin fəaliyyətini koordinasiya etmək
  • İş bölgüsünü, prioritetləri, icra müddətlərini və keyfiyyət standartlarını müəyyənləşdirmək
  • Komandanın məhsuldarlığını qiymətləndirmək, inkişafını və motivasiyasını təmin etmək

2. Marketinq strategiyası və planlaşdırma

  • Şirkətin layihələri üzrə rəqəmsal marketinq strategiyalarını hazırlamaq və həyata keçirmək
  • Bazar, rəqib və hədəf auditoriya araşdırmalarını təşkil etmək
  • Layihələr üzrə kampaniya planları və kommunikasiya istiqamətlərini müəyyənləşdirmək
  • Rəqəmsal trendləri izləmək və brendin kommunikasiya strategiyasına uyğun tətbiq etmək

3. Performance marketinq və reklam büdcəsi

  • Rəqəmsal reklam büdcəsini planlaşdırmaq, kanallar üzrə bölüşdürmək və effektiv idarə etmək
  • Google Ads, Meta Ads, TikTok Ads və digər platformalarda reklam kampaniyalarının qurulmasına və optimallaşdırılmasına rəhbərlik etmək
  • CPL, CPA, keyfiyyətli lead, konversiya və digər əsas KPI-ların icrasını təmin etmək
  • Yeni reklam platformalarını və alətlərini araşdırmaq, effektivliyini test etmək
  • Marketinq xərclərinin kommersiya nəticələrinə təsirini təhlil etmək

4. Analitika və texniki nəzarət

  • Google Analytics 4, Google Tag Manager, Meta Pixel və Conversion API kimi analitika və izləmə sistemlərinin düzgün işləməsini təmin etmək
  • Reklam platformaları və CRM məlumatları əsasında kampaniyaların nəticələrini təhlil etmək
  • Müntəzəm performans hesabatları hazırlamaq və optimallaşdırma təklifləri vermək
  • A/B testlərini planlaşdırmaq və nəticələr əsasında kampaniyaları təkmilləşdirmək

5. Influencer marketinq

  • Brendə uyğun influencer və kontent yaradıcılarını müəyyənləşdirmək
  • Əməkdaşlıq şərtləri üzrə danışıqlar aparmaq
  • Influencer kampaniyalarının planlaşdırılmasını, icrasını və nəticələrinin ölçülməsini idarə etmək

6. Kreativ istiqamət və kontent

  • Reklam kampaniyalarının kreativ konsepsiyalarını formalaşdırmaq və komandanı istiqamətləndirmək
  • Kampaniya ideyalarının brend mövqelənməsi və biznes hədəfləri ilə uyğunluğunu təmin etmək
  • Video kontentlərin konsepsiya və ssenari hazırlanmasında iştirak etmək
  • Foto və video çəkilişlərin kreativ istiqamətinə və icra keyfiyyətinə nəzarət etmək
  • Kreativ ideyaları performans nəticələri əsasında inkişaf etdirmək

Namizədə tələblər

  • Rəqəmsal marketinq sahəsində minimum 7 il iş təcrübəsi
  • Komanda idarəetməsi və strateji planlaşdırma təcrübəsi
  • Əhəmiyyətli reklam büdcələrinin idarə olunması və nəticəyönümlü kampaniyaların həyata keçirilməsi təcrübəsi
  • Google Ads, Meta Ads, GA4, GTM, Meta Pixel və Conversion API üzrə güclü praktiki biliklər
  • Reklam analitikası, KPI-lar və konversiya optimallaşdırılması üzrə təcrübə
  • Influencer marketinq və kreativ kampaniyaların idarə edilməsi bacarığı
  • Video kontent istehsalının əsas mərhələləri üzrə bilik və təcrübə
  • Güclü strateji, analitik və kreativ düşüncə
  • Liderlik, kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı
  • Eyni vaxtda bir neçə layihəni və komandanı effektiv idarə etmək bacarığı
  • Daşınmaz əmlak, premium məhsul və ya yüksək büdcəli xidmətlərin marketinqi üzrə təcrübə üstünlükdür.

Biz nə təklif edirik?

  • 4 000 AZN-dən başlayan rəqabətqabiliyyətli əməkhaqqı
  • Təcrübə və peşəkar kompetensiyalara uyğun fərdi əməkhaqqı təklifi
  • Premium daşınmaz əmlak layihələrinin marketinq strategiyasına birbaşa təsir imkanı
  • Daxili kreativ komandaya rəhbərlik etmək və genişmiqyaslı kampaniyalar üzərində işləmək
  • Peşəkar inkişaf və təşəbbüslərin reallaşdırılması üçün imkanlar

Maraqlanan namizədlər CV-lərini, idarə etdikləri kampaniyalardan nümunələri və ölçülə bilən nəticələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
7+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
4 000 ₼
Yerləşdirilib
23 noyabr 2026
Son tarix
23 dekabr 2026
Baxış
147

Maaş bazarla müqayisədə

Marketinq kommunikasiyaları üzrə mütəxəssis üzrə bazar adətən 1 200–2 250 ₼ ödəyir, median — 1 500 ₼.

bu vakansiya · 4 000 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

16 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Marketinq kommunikasiyaları üzrə mütəxəssis kimi öz maaşını yoxla

Şirkət haqqında

Deluxe Residence MTK
Tikinti, Bina tikintisi · Bakı
Deluxe Residence MTK — bütün vakansiyalar

Elmlər layihəsi (bina tikintisi — premium mənzillərin satışı).

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Əmək haqqı 4 000 ₼-dən başlayır və təcrübəyə uyğun fərdi təklif edilir.

CV və idarə etdikləri kampaniyalardan nümunələr və ölçülə bilən nəticələr təqdim edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Müraciət üçün son tarix 23 dekabr 2026-cı ildir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Marketinq kommunikasiyaları üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Galeon Seafood MMC
Rəhbər · 3+ ilBakı
2 000–2 500₼

Marketinq şöbəsini idarə edir, marketinq strategiyası hazırlamaq və komanda rəhbərliyi bacarığı tələb olunur

Brand ManagementSocial Media MarketingPublic RelationsMarket Analysis+12
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Anonim işəgötürən
Təcrübəli mütəxəssis · 5+ ilBakı
Maaş göstərilməyib

Şirkətin marketinq strategiyasını hazırlayır, rəqəmsal marketinq və qrafik dizayn bacarıqları tələb olunur

Marketing StrategyMarket ResearchEvent PlanningContent Planning+18
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Green City Resort & Residence
Rəhbər · 5+ ilBakı
Maaş göstərilməyib

Marketinq strategiyasını hazırlayır, həyata keçirir və komanda idarəetmə bacarığı tələb olunur.

Brand PositioningMarket ResearchLead GenerationTeam Management+22
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
4 000 ₼
Kreativ və rəqəmsal marketinq üzrə rəhbər
Müraciət et