Şirkətin PR və sosial media strategiyalarını idarə etmək və kreativ kontent yaratmaq bacarığı tələb olunur
Vakansiya haqqında
İş şəraiti
- İş yeri: Baş ofis
- Şəhər: Bakı
- İş rejimi: Tam iş günü
- İş qrafiki: 5 günlük
Vəzifə öhdəlikləri
- Şirkətin brendləri üzrə marketinq strategiyasının hazırlanması və həyata keçirilməsini təmin etmək;
- Bazar araşdırmaları aparmaq, rəqib şirkətlərin fəaliyyətini və bazar tendensiyalarını təhlil etmək;
- Hədəf auditoriyasını müəyyənləşdirmək, müştəri bazasının genişləndirilməsi və müştəri loyallığının artırılması istiqamətində tədbirlər həyata keçirmək;
- Marketinq kampaniyaları, reklam aksiyaları və tanıtım tədbirlərini planlaşdırmaq və təşkil etmək;
- SMM və PR strategiyasını müəyyənləşdirmək, sosial media fəaliyyətini və kontent planlarını idarə etmək;
- Şirkətin reklam, tanıtım və vizual kommunikasiya materiallarını hazırlamaq, qrafik dizayn işlərini həyata keçirmək;
- Filialların vizual tərtibatına, vitrinlərin və mağazadaxili reklam materiallarının brend standartlarına uyğunluğuna nəzarət etmək;
- Mağaza və kafe interyerinin, müştəri təcrübəsini və brend imicini yaxşılaşdırmağa yönəlmiş vizual təkmilləşdirmə təklifləri hazırlamaq;
- Şirkətin media və ictimaiyyətlə əlaqələrini idarə etmək, KİV-də yayımlanan məlumatları, press-relizləri və sosial media fəaliyyətini izləmək;
- Marketinq komandasının fəaliyyətini təşkil etmək, tapşırıqları bölüşdürmək və nəticələrə nəzarət etmək;
- Marketinq fəaliyyətinin effektivliyini təhlil etmək, nəticələr üzrə hesabatlar hazırlamaq və təkmilləşdirmə təklifləri irəli sürmək.
Namizədə tələblər
- Marketinq, menecment, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 5 il iş təcrübəsi;
- Rəqəmsal marketinq, SMM və PR istiqamətləri üzrə bilik və təcrübə;
- Kreativ kontent və reklam ideyaları hazırlamaq bacarığı;
- Adobe Photoshop, Adobe Illustrator, Canva və digər qrafik dizayn proqramları ilə işləmək bacarığı;
- Reklam bannerləri, posterlər, flayerlər, kataloqlar və digər vizual materialları müstəqil hazırlamaq bacarığı;
- Bazar araşdırması aparmaq, məlumatları təhlil etmək və nəticə çıxarmaq qabiliyyəti;
- Effektiv kommunikasiya və komanda ilə işləmək bacarığı;
- Strateji düşünmə, planlaşdırma və vaxtın idarə edilməsi bacarığı;
- Təşəbbüskarlıq, kreativlik və yüksək məsuliyyətlilik.
İş şəraiti
- Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
- Peşəkar və dinamik iş mühiti;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq üzrə baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Marketinq kommunikasiyaları üzrə mütəxəssis üzrə bazar adətən 1 200–2 250 ₼ ödəyir, median — 1 500 ₼.
16 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Marketinq kommunikasiyaları üzrə mütəxəssis kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, baş ofisdə yerləşir.
Tam iş günü, həftədə 5 iş günü işlənir.
Bəli, əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi təklif olunur.
Marketinq, menecment, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil və minimum 5 il iş təcrübəsi tələb olunur.
Adobe Photoshop, Adobe Illustrator, Canva və digər qrafik dizayn proqramları ilə işləmək bacarığı tələb olunur.
CV-lər mövzu hissəsində “Marketinq üzrə baş mütəxəssis” qeyd edilməklə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMarketinq kommunikasiyaları üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Marketinq şöbəsini idarə edir, marketinq strategiyası hazırlamaq və komanda rəhbərliyi bacarığı tələb olunur
Rəqəmsal marketinq strategiyasını hazırlayan və kreativ komandaya rəhbərlik edən, 7 il təcrübəli mütəxəssis.
Ticarət marketinq planlarını icra edir, satış komandası ilə əməkdaşlıq və marketinq kampaniyalarını idarə edir



