Vakansiya haqqında

Komandamıza yaradıcı düşüncəyə malik, vizual zövqü yüksək, sosial media trendlərini izləyən və ideyalarını peşəkar kontentə çevirə bilən SMM & Digital Marketing Manager axtarırıq!

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin sosial media hesablarının (Instagram, Facebook və s.) idarə olunması;
  • Sosial media strategiyasının və aylıq kontent planının hazırlanması;
  • Kreativ Reels, videoçarxlar, post və Stories dizaynlarının hazırlanması;
  • Brendin vizual üslubunun qorunması və inkişaf etdirilməsi;
  • Reklam mətnlərinin və kreativ kampaniya ideyalarının hazırlanması;
  • Meta Ads Manager vasitəsilə target reklamlarının müstəqil qurulması və idarə olunması;
  • Reklam kampaniyalarının nəticələrinin təhlili və optimallaşdırılması;
  • Sosial media hesablarının inkişafı, auditoriyanın və satışların artırılması.

Namizədə tələblər:

  • SMM və Digital Marketing sahəsində minimum 3 il iş təcrübəsi;
  • Kreativ düşüncə, güclü vizual zövq və yaradıcı yanaşma;
  • Peşəkar səviyyədə Reels, video və qrafik kontent hazırlamaq bacarığı;
  • Canva, CapCut, Adobe Photoshop, Adobe Illustrator, Adobe Premiere Pro, After Effects və digər müvafiq dizayn və video montaj proqramları ilə işləmək bacarığı;
  • Meta Ads Manager üzrə praktiki təcrübə və target reklamlarını müstəqil idarə etmək bacarığı;
  • Sosial media trendlərini izləmək və onları yaradıcı şəkildə tətbiq etmək;
  • Analitik düşüncə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
  • Azərbaycan dilində düzgün və cəlbedici mətn yazmaq bacarığı;
  • Portfolio təqdim edilməsi mütləqdir.

Üstünlük hesab olunur:

  • Turizm və səyahət sahəsində SMM təcrübəsi;
  • Travel kontentinin hazırlanması və turizm məhsullarının tanıdılması üzrə təcrübə;
  • İngilis və rus dillərini bilmək;
  • Uğurlu reklam kampaniyaları və real nəticələrdən ibarət portfolio.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: Həftənin 5 günü (Bazar ertəsi – Cümə);
  • Əmək haqqı: Yüksək əmək haqqı, namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.

CV və portfolio-nuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız qeyd olunan tələblərə uyğun namizədlərin CV göndərməsi xahiş olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 noyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
6 dekabr 2026
HRX ilə müraciət
3
Baxış
184

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhəridir.

Həftənin 5 günü, bazar ertəsindən cüməyə qədər işlənir.

Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir.

CV və portfolio göndərmək mütləqdir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Namizədin SMM və Digital Marketing sahəsində minimum 3 il iş təcrübəsi olmalıdır.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Rəqəmsal kontent meneceri üzrə Bakıda digər açıq elanlar.

700₼

Şirkətin sosial media hesablarını idarə edir və kreativ kontent hazırlamaq bacarığı tələb olunur

Content CreationCreative ThinkingCopywritingCanva+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
SMM və rəqəmsal marketinq meneceri
Müraciət et