Rəqəmsal marketinq və süni intellekt kontent meneceri

StudyLab

Vakansiya haqqında

“StudyLab” Təhsil Mərkəzi Digital Marketing & AI Content Manager vəzifəsi üzrə vakansiya elan edir!

“StudyLab” təhsil mərkəzinin rəqəmsal platformalarda inkişafını təmin etmək, sosial media kanallarını peşəkar şəkildə idarə etmək, auditoriyanı genişləndirmək, şirkətin xidmət və məhsullarının effektiv tanıtımını həyata keçirmək və müasir AI texnologiyalarından istifadə etməklə digital marketinq fəaliyyətini inkişaf etdirmək.

İş barədə məlumat:

  • Şirkətin Digital Marketing və Social Media strategiyasını hazırlamaq və həyata keçirmək;
  • Instagram, TikTok, Facebook və digər aktual sosial media platformalarını idarə etmək və inkişaf etdirmək;
  • Şirkətin müxtəlif xidmət və məhsul istiqamətləri üzrə kontent-plan hazırlamaq;
  • Reels, Stories, postlar və digər rəqəmsal kontentin hazırlanmasını və paylaşılmasını təmin etmək;
  • Sosial şəbəkələrdə auditoriyanın, baxışların, engagement və müraciətlərin artırılması istiqamətində sistemli şəkildə işləmək;
  • Meta Business Suite / Meta Ads Manager vasitəsilə reklam kampaniyalarını hazırlamaq, idarə etmək və optimallaşdırmaq;
  • Reklam kampaniyalarının nəticələrini və əsas göstəricilərini təhlil etmək;
  • ChatGPT, Claude, Gemini və digər müasir AI alətlərindən kontent, araşdırma, ideya, mətn, vizual və marketinq materiallarının hazırlanmasında effektiv istifadə etmək;
  • Canva, CapCut və digər müasir digital alətlərdən istifadə etməklə vizual və video kontent hazırlamaq;
  • Şirkətin məhsul və xidmətləri üçün kreativ reklam ideyaları, kampaniyalar, satış yönümlü mətnlər və CTA-lar hazırlamaq;
  • Instagram və TikTok üzrə aktual trendləri, alqoritmləri və yeni digital marketing alətlərini mütəmadi izləmək və tətbiq etmək;
  • Şirkətin foto və video çəkilişlərinin planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
  • Digital marketinq nəticələri üzrə rəhbərliyə dövri hesabatlar və inkişaf təklifləri təqdim etmək;

Namizədə tələblər:

  • SMM / Digital Marketing / Content Marketing sahəsində minimum 2 il iş təcrübəsi;
  • Instagram, TikTok və Facebook platformalarında kommersiya hesablarının idarə olunması üzrə praktiki təcrübə;
  • Digital marketing, brendin tanıdılması və auditoriyanın genişləndirilməsi prinsiplərini yaxşı bilmək;
  • Meta Business Suite / Meta Ads Manager ilə işləmək bacarığı;
  • ChatGPT, Claude, Gemini və digər müasir AI alətlərindən sərbəst və effektiv istifadə etmək;
  • AI vasitəsilə kontent, araşdırma, mətn, vizual və video materialların hazırlanması bacarığı;
  • Canva və CapCut proqramlarında sərbəst işləmək;
  • Reels, Stories və digər qısa video formatlarının hazırlanması və montajı bacarığı;
  • Instagram və TikTok alqoritmləri, trendləri və auditoriya davranışı haqqında yaxşı anlayış;
  • Güclü copywriting və storytelling bacarığı;
  • Digital marketinq nəticələrini və əsas göstəriciləri təhlil etmək bacarığı;
  • Müstəqil şəkildə kontent-plan hazırlamaq və yeni ideyalar irəli sürmək bacarığı;
  • Yüksək vizual zövq, kreativlik, təşəbbüskarlıq və məsuliyyət;
  • Azərbaycan dili – yüksək səviyyədə; İngilis dili – B2 və üzəri; Rus dili – üstünlükdür;

Maraqlanan namizədlər mövzu yerində “Digital Marketing & AI Content Manager” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Portfolio və əvvəl idarə etdiyi sosial media hesablarının təqdim olunması mütləqdir.

  • Bazar ertəsi – Cümə 10:00 -18:30 / Şənbə 10:00 - 16:00
  • Ödəniş: əmək haqqı: 1000 –1500 AZN
  • “StudyLab” Mərkəz Ofis / Ünvan: Ataturk Prospekti 39A

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar!

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Ataturk Prospekti 39A
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 000–1 500 ₼
Yerləşdirilib
16 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
16 noyabr 2026
Baxış
35

Şirkət haqqında

StudyLab
Təhsil, Təlim və peşəkar inkişaf · 11-50 · Bakı
StudyLab — bütün vakansiyalar

StudyLab Təhsil və İnkişaf Mərkəzi XXI əsrdə insanın əsas məqsədini səmərəlilikdə, yəni inkişaf etməkdə, öyrənməkdə və imkanlarını maksimum dərəcədə artırmaqda görən və buna inanan peşəkar təlimçilər və iş adamları tərəfindən 2019-cu ildə…

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Bazar ertəsi – Cümə 10:00 -18:30, Şənbə 10:00 - 16:00 işləyir.

Əmək haqqı 1000 –1500 ₼ aralığındadır.

İş yeri Ataturk Prospekti 39A ünvanındadır.

SMM, Digital Marketing və Content Marketing sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.

CV və portfolio, əvvəl idarə etdiyi sosial media hesabları təqdim olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Rəqəmsal kontent meneceri üzrə Bakıda digər açıq elanlar.

Bridge Travel
Mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib

Sosial media hesablarını idarə edir, kreativ kontent hazırlayır və reklam kampaniyalarını aparır, 3 il təcrübə tələb olunur

Content PlanningCreative ThinkingVisual DesignMeta Ads+11
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
700₼

Şirkətin sosial media hesablarını idarə edir və kreativ kontent hazırlamaq bacarığı tələb olunur

Content CreationCreative ThinkingCopywritingCanva+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
1 000–1 500 ₼
Rəqəmsal marketinq və süni intellekt kontent meneceri
Müraciət et