Marketinq mütəxəssisi kimi sosial media və rəqəmsal marketinqdə təcrübə tələb olunur.
Vakansiya haqqında
İş şəraiti
- Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli 27B
- İş qrafiki: 6 günlük (Bazar ertəsi – Cümə: 09:00–18:00; Şənbə: 10:00–15:00)
- Əməkhaqqı: Müsahibə əsasında (namizədin bilik və bacarıqlarına uyğun)
İş barədə məlumat (Öhdəliklər)
- Şirkətin ümumi marketinq strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Şirkətin sosial media hesablarının (Instagram, Facebook, LinkedIn və s.) idarə olunması, kontent-planın hazırlanması və cəlbedici paylaşımların təşkili;
- Brendin tanınırlığının artırılması məqsədilə rəqəmsal və ənənəvi marketinq kampaniyalarının planlaşdırılması və icrası;
- Bazarın, rəqiblərin təhlili və yeni marketinq trendlərinin izlənilməsi;
- Şirkətin tədbirlərinin, reklam və promo aksiyalarının təşkili;
- Veb-sayt və digər reklam materialları üçün mətnlərin (kopiraytinq) hazırlanması;
- Görülən işlər və marketinq kampaniyalarının nəticələri barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
- Müxtəlif müqavilə, hesab və texniki sənədlərin təhlili, məlumatların strukturlaşdırılması və uyğunsuzluqların müəyyən edilməsi;
- Məlumatların analitik təhlili və nəticələrin qiymətləndirilməsi.
Namizədə olan tələblər
- Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya əlaqədar sahələr üzrə);
- Müvafiq sahə üzrə azı 1–3 il iş təcrübəsi;
- Analitik düşünmə və mürəkkəb sənədləri qısa müddətdə təhlil etmək bacarığı;
- Riyazi-analitik təfəkkür, məntiqi ardıcıllıq qurmaq və detallardakı uyğunsuzluqları müəyyən etmək qabiliyyəti;
- Kompüterdən inamlı istifadə bacarığı və yeni proqram təminatını sürətlə mənimsəmək;
- MS Office proqramları, xüsusilə Excel üzrə biliklər (IF, SUMIF, VLOOKUP, Pivot Table və s.);
- Rəqəmsal sistemlər, süni intellekt alətləri və veb platformalarla işləmək bacarığı;
- Rəqəmsal marketinq alətləri (SMM, Meta Ads, Google Ads əsasları) üzrə biliklər;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (rus və ingilis dili bilikləri arzuolunandır);
- Kreativ yanaşma, təşəbbüskarlıq və komandada işləmək bacarığı;
- Nəticəyönümlülük və yüksək məsuliyyətlilik;
- INCOTERMS 2020 şərtləri, təchizat zənciri, beynəlxalq ticarət və iqtisadiyyat üzrə ümumi biliklər üstünlükdür;
- Milli normativ hüquqi aktlar haqqında ümumi biliklər üstünlükdür.
Əlavə tələblər:
- Xanım namizəd;
- Yaş aralığı: 22–27;
- Boy: 1.75 m-dən yuxarı;
- Şirkətin reklam çəkilişlərində şirkət üzü kimi iştirak etmək.
Təkliflərimiz
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirmə;
- Korporativ nömrə təminatı;
- Peşəkar komandada inkişaf və karyera imkanı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Rəqəmsal marketinq mütəxəssisi üzrə bazar adətən 750–1 300 ₼ ödəyir, median — 1 000 ₼.
26 açıq vakansiya, 55 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Rəqəmsal marketinq mütəxəssisi kimi öz maaşını yoxlaMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Əhməd Rəcəbli 27B ünvanındadır.
İş həftədə 6 gün, bazar ertəsindən cüməyə 09:00–18:00, şənbə 10:00–15:00 saatları arasında olur.
Əməkhaqqı müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun təyin olunur.
Ali təhsil və marketinq, biznes idarəçiliyi və ya əlaqədar sahələrdə 1–3 il iş təcrübəsi tələb olunur.
MS Office, xüsusilə Excel proqramlarından istifadə bacarığı tələb olunur.
Rəqəmsal marketinq alətləri, o cümlədən SMM, Meta Ads və Google Ads əsasları üzrə biliklər tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarRəqəmsal marketinq mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Marketinq üzrə mütəxəssis kimi kontent hazırlamaq və marketinq kampaniyalarını idarə etmək tələb olunur
Rəqəmsal marketinq və AI alətlərindən istifadə edərək sosial media kanallarını idarə edir və kontent yaradır.
İşəgötürən brendinqi üçün kreativ kampaniyalar və sosial media məzmunu hazırlayır, kreativ düşüncə tələb olunur.


