Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Prometech şirkəti komandasına Rəqəmsal (Digital) Marketinq üzrə Mütəxəssis axtarır. Vəzifənin əsas məqsədi şirkətin veb-resurslarının axtarış sistemlərində görünürlüyünü artırmaq, organik trafiki yüksəltmək və rəqəmsal marketinq strategiyalarının effektiv icrasını təmin etməkdir. Uğurlu namizəd SEO-nun bütün istiqamətlərini — açar söz optimizasiyasından texniki SEO və analitikaya qədər — müstəqil şəkildə idarə edəcək və nəticəyönümlü yanaşma ilə şirkətin onlayn mövqeyinin gücləndirilməsinə töhfə verəcək.
İşin təsviri
- Şirkətin rəqəmsal marketinq və SEO strategiyalarının hazırlanması və icrası;
- Semantik nüvənin hazırlanması və açar sözlər üzrə optimizasiyanın aparılması (aylıq 100+ açar söz);
- Kontentin SEO tələblərinə uyğun optimizasiyası (aylıq 100+ səhifə);
- Məhsul səhifələri üçün Schema Markup-ın tətbiqi;
- On-page və Off-page SEO fəaliyyətlərinin həyata keçirilməsi;
- Texniki SEO işlərinin aparılması və veb-saytın texniki sağlamlığına nəzarət;
- Google Search Console (Webmaster) xətalarının izlənməsi və aradan qaldırılması;
- Detallı SEO auditlərin aparılması və nəticələr üzrə tövsiyələrin hazırlanması;
- Meta teqlərin (title, description, heading strukturu) işlənməsi və optimallaşdırılması;
- Backlink profilinin analizi və keyfiyyətli backlink strategiyasının qurulması;
- Lokal SEO fəaliyyətlərinin idarə edilməsi (Google Business Profile və s.);
- Mobil uyğunluq üzrə SEO optimizasiyasının təmin edilməsi;
- Bazar və rəqib analizlərinin mütəmadi aparılması;
- Veb-sayt analitikasının izlənməsi, KPI göstəricilərinin təhlili;
- UX/UI istiqamətində təkmilləşdirmə təkliflərinin verilməsi;
- Kontent, dizayn və satış komandaları ilə koordinasiyada işləmək;
- Rəhbərliyə aylıq SEO hesabatlarının və analitik təkliflərin təqdim edilməsi.
Tələblər
- Minimum 2 il SEO / rəqəmsal marketinq sahəsində iş təcrübəsi;
- Bakalavr təhsili (Marketinq, Biznes, İqtisadiyyat, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr);
- Azərbaycan dili sərbəst səviyyədə;
- İngilis dili yaxşı səviyyədə (rus dili üstünlükdür);
- Google Analytics (GA4), Google Search Console, Yandex Metrica üzrə praktiki biliklər;
- SEO alətləri (Ahrefs, SEMrush, Screaming Frog və s.) ilə işləmə bacarığı;
- HTML, CSS və Schema Markup üzrə baza biliklər;
- Texniki SEO (sayt sürəti, indeksləşmə, crawl budget, Core Web Vitals) üzrə biliklər;
- MS Word, Excel və PowerPoint bilikləri;
- Google Ads və sosial media reklam platformaları üzrə biliklər üstünlükdür;
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Komandada işləmə bacarığı;
- Öyrənmə çevikliyi və dəyişikliklərə sürətli adaptasiya;
- Əvvəlki iş təcrübəsindən real portfolio nümunələrinin təqdim edilməsi mütləqdir — icra olunmuş SEO layihələri, əldə edilən nəticələr (organik trafik artımı, açar söz mövqelərinin yüksəlişi və s.) və hazırlanmış aylıq hesabat nümunələri.
Təklif edirik
* 5 günlük iş qrafiki;
* Peşəkar inkişaf və karyera imkanları;
* Dəstəkləyici və dinamik iş mühiti.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Şirkət haqqında
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.



