Vakansiya haqqında

INEO Group – uşaqlar və böyüklər üçün Avropa brendlərini təqdim edən gənc və dinamik inkişaf edən pərakəndə satış şirkətidir. Şirkətin portfelinə yüksək keyfiyyət, qüsursuz standartlar və Avropa üslubunu birləşdirən Jacadi, Yves Rocher və Mayoral brendləri daxildir.

Vəzifə öhdəlikləri:

  • Hədəf auditoriyanın təhlili və istehlakçı davranışlarının öyrənilməsi;
  • Rəqəmsal mühitdə irəliləmə strategiyasının hazırlanması;
  • Kommunikasiya kanallarının müəyyən edilməsi (sosial şəbəkələr, kontekst reklamı, e-mail marketinq və s.);
  • SEO/SEM optimizasiyasının həyata keçirilməsi (meta teqlər, sayt strukturu, açar sözlər);
  • Reklam kampaniyalarının qurulması və idarə olunması (Google Ads, Meta Ads və s.);
  • Françayzerlərin brend qaydalarına riayət olunması;
  • Sayt trafikinin artırılması strategiyalarının hazırlanması;
  • Müştəri cəlbetmə dəyərinin (CAC), ROMI göstəricisinin (birbaşa satışlar nəzərə alınmadan), göstərim və əhatə dəyərinin hesablanması;
  • Abunəçi və izləyici sayının artırılması strategiyalarının hazırlanması;
  • Reklam kampaniyalarının optimallaşdırılması;
  • Digital bazarın və texnologiyaların monitorinqi;
  • Biznes üçün yeni həllər və alətlərin təklif olunması;
  • Marketinq strategiyasının və marketinq planının hazırlanması;
  • Büdcə, auditoriya xüsusiyyətləri və məhsulun spesifikasına uyğun prioritet reklam kanallarının seçilməsi.

Tələblər:

  • Satış sahəsində (kosmetik, geyim və s.) 2–5 il iş təcrübəsi;
  • Rus və ingilis dillərini bilmək üstünlükdür;
  • E-commerce (elektron ticarət) sahəsində praktiki təcrübə;
  • SEO, Google Ads, Meta Analytics, GA4 və Shopify üzrə biliklər;
  • Excel proqramını yüksək səviyyədə bilmək;
  • Böyük həcmli məlumatlarla işləmək bacarığı;
  • Diqqətlilik, məsuliyyətlilik, kreativlik və nəticəyönümlülük;
  • İşini müstəqil planlaşdırmaq və nəticəyə görə məsuliyyət daşımaq bacarığı;
  • Çoxsaylı tapşırıqlar şəraitində komanda ilə işləmək bacarığı.

Şərtlər:

  • Əmək haqq: 1000 AZN;
  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • İş qrafiki: 08:00–17:00, həftədə 5 iş günü.

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Yerləşmə
Azərbaycan
Təcrübə
2–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
29 iyul 2026
Dillər
Russian, English
Son tarix
29 avqust 2026

Şirkət haqqında

Ineo Group
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət · Baku
Ineo Group — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Rəqəmsal mütəxəssis
Müraciət et