Şirkətin sosial şəbəkələrini idarə edir və reklam nəticələrini hesabatlayır, ingilis dili tələb olunur.
Vakansiya haqqında
Tələbələrə uyğun iş imkanı!
Marketinq komandamız üçün təcrübəçi axtarırıq.
Ən vacib şərtdən başlayaq: bu vəzifədə kamera qarşısına çıxmaq işin əsasıdır.
Vəzifə öhdəlikləri
- Reels və qısa videolarda çıxış etmək (mütləqdir)
- Instagram və TikTok üçün post, story və video məzmunlarının hazırlanması
- Şərh və mesajların cavablandırılması
Namizədə tələblər
- Xanım namizəd olması mütləqdir
- Kamera qarşısında rahat və təbii davranmaq
- Azərbaycan dilində səlis danışıq bacarığı
Şərtlər
- Təcrübə müddətində peşəkar portfolio, təcrübə sonunda referans məktubu və real iş mühiti təklif edirik.
- İş qrafiki sərbəstdir.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində "SMM Təcrübəçi" yazın.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Şirkət haqqında
Müstəqil Tədris Mərkəzi 3-8-ci sinif şagirdləri üçün İbtidai sinif, Liseylərə qəbul, Monitorinq, Təkmilləşdirmə hazırlığı üzrə onlayn formatda xidmətlər təklif edən yeni fəaliyyətə başlamış tədris mərkəzidir
Müstəqil Tədris Mərkəzi — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Sosial media hesablarını idarə edir, kontent yaradır və reklam kampaniyalarını dəstəkləyir.
Sosial media platformalarında kontent planı hazırlayır və reklam kampaniyalarını idarə edir, SMM təcrübəsi tələb olunur.
SMM və ya satış təcrübəsi və TikTok-da canlı yayın idarəetməsi.



