Vakansiya haqqında

Aura Məişət Texnikası MMC — Almaniyanın Aura GmbH şirkətinin Azərbaycandakı distribyutoru — nəticəyönümlü və məsuliyyətli SMM mütəxəssisi axtarır.

Əsas vəzifələr

  • Facebook və Instagram səhifələrinin gündəlik idarə olunması;
  • Aylıq kontent strategiyasının, kontent təqviminin və paylaşım planının hazırlanması;
  • Mətn, vizual, Reels və digər qısa video formatlarında kontentin hazırlanması və paylaşılması;
  • Meta Business Suite, Business Manager və Ads Manager vasitəsilə reklam kampaniyalarının qurulması, optimallaşdırılması və nəticələrinin təhlili;
  • Hədəf auditoriyaların, retargeting auditoriyalarının və reklam məqsədlərinin düzgün seçilməsi;
  • Reklam büdcəsinin səmərəli idarə olunması, nəticələrin CTR, CPC, CPM, CPL və satış göstəriciləri üzrə izlənməsi;
  • Süni intellekt alətlərindən istifadə etməklə reklam vizualları, məhsul şəkilləri və qısa videoların hazırlanması;
  • Foto və video çəkilişlərinin təşkili, çəkilən materialların montaj və redaktə edilməsi;
  • Sosial media trendlərinin, rəqiblərin və bazarın mütəmadi təhlili;
  • Həftəlik və aylıq nəticə hesabatlarının hazırlanması, inkişaf təkliflərinin təqdim edilməsi.

Namizədə tələblər

  • Kişi namizəd, yaş həddi: 30 yaş və yuxarı;
  • SMM və rəqəmsal marketinq sahəsində minimum 3 il praktiki iş təcrübəsi;
  • Meta Business Suite, Business Manager və Ads Manager üzrə güclü praktiki bilik;
  • Reklam kampaniyasını sıfırdan qurmaq, auditoriyaları seqmentləşdirmək, A/B testləri aparmaq və nəticələri optimallaşdırmaq bacarığı;
  • Adobe Photoshop proqramında yaxşı işləmək bacarığı; Illustrator, Figma və ya Canva biliyi üstünlükdür;
  • CapCut, Adobe Premiere Pro və ya digər video redaktə proqramlarından ən azı birində sərbəst işləmək bacarığı;
  • ChatGPT, Gemini, Veo, Flow və ya oxşar süni intellekt alətləri ilə keyfiyyətli vizual və video kontent hazırlamaq bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; rus dili biliyi üstünlükdür;
  • Müstəqil, sistemli və məsuliyyətli işləmək, tapşırıqları vaxtında tamamlamaq bacarığı;
  • Portfolio və əvvəlki layihələr üzrə real nəticələr təqdim etmək imkanı.

Üstünlük veriləcək

  • SMM və ya reklam agentliyində iş təcrübəsi;
  • Məişət texnikası, pərakəndə satış və ya e-ticarət sahəsində təcrübə;
  • Meta Pixel, Conversion API və analitika alətləri üzrə ilkin praktiki bilik.

İş şərtləri

  • 6 günlük iş qrafiki: 10:00–18:00;
  • Rəsmi əmək müqaviləsi;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: 500–800 AZN.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Azadlıq pr., İmran Qasımov küç. 40
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
500–800 ₼
Yerləşdirilib
10 noyabr 2026
Dillər
Azerbaijani, Russian
HRX ilə müraciət
1
Baxış
257

Maaş bazarla müqayisədə

SMM mütəxəssisi üzrə bazar adətən 600–1 000 ₼ ödəyir, median — 700 ₼.

bu vakansiya · 500–800 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

42 açıq vakansiya, 185 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

SMM mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş 6 gün, saat 10:00–18:00 arasıdır.

Əmək haqqı 500–800 ₼ aralığındadır.

Bəli, rəsmi əmək müqaviləsi təklif olunur.

SMM və rəqəmsal marketinq sahəsində minimum 3 il praktiki iş təcrübəsi tələb olunur.

Meta Business Suite, Business Manager, Ads Manager, Adobe Photoshop və video redaktə proqramlarından ən azı biri tələb olunur.

Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət tələb olunur, rus dili üstünlükdür.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

SMM mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

Bir Electronics
Yeni başlayan · 1–3 ilBakı
600–700₼

Sosial media hesablarını idarə edir, kreativ ideyalar yaradır və video çəkiliş bacarığı tələb olunur

Content CreationTrend AnalysisContent PlanningSocial Media Management+3
Müraciət et
iSchool
Mütəxəssis · 1–3 ilBakı
700₼6 gün qalıb

Sosial media hesablarını idarə edir, kontent hazırlayır və marketinq strategiyasına uyğun video çəkir.

Content CreationCopywritingReportingMarketing+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
500–800 ₼
Sosial media marketinq mütəxəssisi
Müraciət et