Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
📢 SMM Meneceri Vakansiyası
Komandamıza nəticəyönümlü və satış sistemini anlayan peşəkar SMM meneceri axtarılır.
📍 İş qrafiki:
• Həftədə 5 iş günü
• 2 gün istirahət
• İş saatı: 10:00 – 19:00
💰 Maaş:
• 2500 AZN fix əməkhaqqı
• Satış planının yerinə yetirilməsinə əsasən əlavə bonuslar mümkündür
📌 Əsas tələblər:
• SMM sahəsində minimum 5 il iş təcrübəsi mütləqdir
• Mütləq Portfolio təqdim olunmalıdır
• İdarə etdiyi səhifələr və görülən işlərin real nəticələri göstərilməlidir
• Statistik göstəricilər, satış nəticələri və səhifənin inkişaf dinamikası təqdim edilməlidir
• Görülən işlərin effekti rəqəmlərlə sübut olunmalıdır
• Sosial media platformalarının peşəkar idarə olunması
• Aylıq satış planı ilə işləmək bacarığı
• Rəqəmsal göstəricilər və nəticələrə fokuslanmaq
• Satışa yönəlik kontent strategiyası qurmaq
• Reklam və marketinq fəaliyyətlərinin analizi
• Ay sonu hesabatlarının hazırlanması (statistika, analiz və görülən işlər üzrə)
📊 Vacibdir:
Bu vəzifədə əsas məqsəd yalnız səhifə idarəçiliyi deyil, satış nəticələrinin artırılmasıdır. Namizəd aylıq KPI və satış göstəricilərinə cavabdeh olacaq.
🤝 İş prosesi:
• Komanda şəklində çalışma bacarığı
• SMM menecerinin köməkçisi olaraq şirkət tərəfindən 2 nəfər dəstək heyəti olacaq
• Satış komandası ilə koordinasiyalı iş aparılacaq
• Gündəlik status və hesabat təqdim olunmalıdır
🎯 Üstünlük veriləcək:
• Analitik düşüncə
• Planlı və sistemli iş prinsipi
• Satış yönümlü marketinq təcrübəsi
• Məsuliyyət və nəticə odaklı yanaşma
📌 Əlavə məlumatlar və iş sistemi ilə bağlı detallı müzakirə müsahibə zamanı aparılacaq.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

