Ümumi məlumat
Agile və məhsul inkişafı proseslərinin yaradılması, təhlili, idarə edilməsi və davamlı təkmilləşdirilməsi, məhsulun ideyadan relizə qədər keçdiyi end-to-end journey-nin optimallaşdırılması.
Vəzifənin əsas məqsədi mövcud biznes və məhsul proseslərini təhlil etmək, proseslərdəki boşluqları, gecikmələri və manual fəaliyyətləri müəyyənləşdirmək, həmçinin bu journey-ni süni intellekt və digər rəqəmsal alətlər vasitəsilə daha sürətli, səmərəli və ölçüləbilən formaya gətirməkdir.
Öhdəliklər
Agile və məhsul proseslərinin idarə edilməsi
- Təşkilat daxilində Agile və məhsul proseslərinin yaradılması, tətbiqi və davamlı təkmilləşdirilməsində iştirak etmək;
- Məhsulun ideyadan relizə və post-release monitorinq mərhələsinə qədər keçdiyi end-to-end journey-ni təhlil etmək;
- Ideation, prioritetləşdirmə, Discovery, dizayn, Delivery, test, release readiness, release və post-release mərhələləri üzrə prosesləri formalaşdırmaq və optimallaşdırmaq;
- Məhsulun inkişaf dövrünün müxtəlif mərhələləri arasındakı əlaqələri, qərar nöqtələrini və asılılıqları müəyyən etmək;
- Proseslər üzrə rolları, məsuliyyətləri, giriş və çıxış meyarlarını, nəzarət nöqtələrini və gözlənilən nəticələri müəyyənləşdirmək;
- Agile və məhsul proseslərinin təşkilatın strateji məqsədlərinə və biznes ehtiyaclarına uyğunluğunu təmin etmək;
- Proseslər üzrə qayda, metodologiya, prosedur və digər zəruri sənədləri hazırlamaq və aktuallığını qorumaq;
- Müəyyən edilmiş proseslərin komandalar tərəfindən düzgün tətbiq olunmasını izləmək və metodoloji dəstək göstərmək.
Biznes proseslərinin təhlili və optimallaşdırılması
- Mövcud biznes və məhsul proseslərini araşdırmaq və AS-IS proses modellərini hazırlamaq;
- Təhlil nəticələri əsasında optimallaşdırılmış TO-BE proseslərini dizayn etmək;
- Biznes flow-larını, proses xəritələrini, journey map-ləri, BPMN və digər proses diaqramlarını hazırlamaq;
- Proseslərdəki boşluqları, bottleneck-ləri, gecikmələri, təkrarlanan və əlavə dəyər yaratmayan fəaliyyətləri müəyyən etmək;
- Problemlərin kök səbəblərini araşdırmaq və onların aradan qaldırılması üçün həllər hazırlamaq;
- Biznes ehtiyaclarını toplamaq, təhlil etmək və strukturlaşdırılmış biznes və funksional tələblərə çevirmək;
- Proseslərin sadələşdirilməsi, standartlaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq;
- Tətbiq olunan dəyişikliklərin nəticələrini izləmək və davamlı təkmilləşdirmə tədbirləri müəyyən etmək.
AI əsaslı proses optimallaşdırılması
- Məhsulun ideyadan relizə qədər keçdiyi journey üzrə AI tətbiq imkanlarını müəyyən etmək;
- Manual, təkrarlanan və vaxt itkisi yaradan fəaliyyətlərin AI vasitəsilə optimallaşdırılması üçün use case-lər hazırlamaq;
- AI alətlərindən proses analizi, tələblərin strukturlaşdırılması, sənədləşmə, məlumatların təhlili, monitorinq və hesabatlılıq məqsədilə istifadə etmək;
- AI əsaslı avtomatlaşdırma həllərinin hazırlanması və tətbiqi prosesində biznes və IT komandaları ilə əməkdaşlıq etmək;
- Təklif edilən AI həllərinin biznes dəyərini, tətbiq imkanlarını və gözlənilən təsirini qiymətləndirmək;
- AI həllərinin məhsuldarlığa, proses keyfiyyətinə, resurs istifadəsinə və Time to Market göstəricisinə təsirini ölçmək;
- Yeni AI, Process Mining, Workflow Automation və no-code/low-code alətlərini araşdırmaq;
- Uyğun texnoloji imkanları konkret proses təkmilləşdirmə təşəbbüslərinə çevirmək;
- Tətbiq edilmiş AI həllərinin nəticələrini izləmək və onların davamlı inkişafını təmin etmək.
Məlumatların təhlili və hesabatlılıq
- Proseslərin effektivliyini ölçmək üçün KPI və performans metriklərini müəyyənləşdirmək;
- Lead Time, Cycle Time, Discovery Duration, Time to Market, process compliance və digər proses göstəricilərini təhlil etmək;
- Proseslərdəki tendensiyaları, sapmaları və inkişaf imkanlarını müəyyənləşdirmək;
- Müxtəlif mənbələrdən məlumatları toplamaq, strukturlaşdırmaq və təhlil etmək;
- Keyfiyyət və kəmiyyət əsaslı araşdırmalar aparmaq;
- Proses iştirakçılarının rəylərini toplamaq və təhlil etmək;
- Əldə edilən nəticələri konkret və icra oluna bilən təkmilləşdirmə təşəbbüslərinə çevirmək;
- Proseslərin vəziyyəti, risklər, əsas problemlər və nəticələr üzrə rəhbərlik üçün hesabat və təqdimatlar hazırlamaq.
Tələblər
Proqramların idarə edilməsi üzrə bacarıqlar
- Proqramların başlanğıcdan sona qədər dizayn edilməsi və həyata keçirilməsi
- Vaxtın səmərəli idarə edilməsi və eyni vaxtda bir neçə işin koordinasiyası
Analitik və tədqiqat bacarıqları
- Məlumatların toplanması, sorğuların hazırlanması və keyfiyyət/kəmiyyət üzrə geribildirimlərin təhlili
- Əldə olunan nəticələri konkret və tətbiq oluna bilən təkmilləşdirmələrə çevirmək bacarığı
- Təhsil və məhsul sahələrində yeni trendlərin müəyyənləşdirilməsi üçün bazar araşdırmalarının aparılması
Maliyyə və strateji bacarıqlar
- Büdcənin planlaşdırılması və xərclərə nəzarət
- Strateji uzaqgörənlik: trendləri proqram üzrə innovasiyalara çevirmək
- Proqramların davamlılığını təmin etmək üçün risklərin idarə edilməsi
Fasilitasiya və əməkdaşlıq bacarıqları
- Workshopların, qrup retrospektivlərinin və Design Thinking sessiyalarının fasilitasiyası
- Maraqlı tərəflərin (stakeholder) mövqelərinin uyğunlaşdırılması və əlaqələrin qurulması
- Danışıqların aparılması və münaqişələrin həlli
Texniki və rəqəmsal bacarıqlar
- Learning Management System (LMS) və əməkdaşlıq alətləri ilə tanışlıq: Miro, MURAL, Trello, Jira, Confluence
- Məhsuldarlıq və hesabatlıq alətlərindən istifadə: Excel, Power BI, Google Analytics, Tableau
- Onlayn təlim platformaları ilə iş təcrübəsi: Zoom, MS Teams, Webex
Şəxsi və liderlik bacarıqları
- Öyrənənlərin ehtiyaclarını anlamaq üçün empatiya və aktiv dinləmə
- Təşkilatın dəyişən tələblərinə uyğunlaşma bacarığı
- Aydın və effektiv yazılı və şifahi ünsiyyət, müxtəlif funksiyalararası əməkdaşlıq
- Liderlik və mentorluq bacarığı