Vakansiya haqqında
Bu rolun əsas məqsədi, Bir ekosisteminin Fintek biznesində məlumatların (data) effektiv idarə olunması və təhlili vasitəsilə biznes qərar qəbuletməni dəstəkləmək, və analitik yanaşmalarla strateji fəaliyyətin optimallaşdırılmasına töhfə verməkdir.
Vəzifə öhdəlikləri
- Fərqli verilənlər bazalarından data çəkərək Oracle BI mühitində mərkəzləşdirilmiş hesabatlar və idarəetmə panelləri (Dashboards) hazırlamaq;
- Böyük data həcmi ilə işləyən, gecikən və yüksək resurs aparan hesabatların SQL sorğularını analiz etmək və performansını (Performance Tuning) təmin etmək;
- Biznes tərəfindən daxil olan müraciətlər əsasında mövcud SQL skriptlərində dəyişikliklər etmək, xətaları diaqnostika edib aradan qaldırmaq;
- Toplanmış məlumatların ümumi və keyfiyyət analizini təşkil etmək, aparılmış analizlər əsasında hesabat və təkliflər hazırlamaq;
- Data analitikası sahəsindəki yenilikləri izləmək, innovativ həlləri tətbiq etmək və data əsaslı fəaliyyət strategiyaları üzrə təkliflər vermək;
- Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil (Riyaziyyat, İT, Kompüter Elmləri və ya müvafiq sahə üzrə);
- İri həcmli məlumat bazaları və Advanced SQL sorğu dili ilə işləmək bacarığı;
- Vizuallaşdırma alətlərindən ən azı biri ilə işləmə bacarığı
- Data analitika alətlərindən (Python, R və s.) ən azı biri ilə işləmə bacarığı;
- Yaxşı səviyyədə MS Excel bilikləri;
- Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə İngilis və Rus dili bilikləri;
- Analitik düşünmə, böyük həcmli məlumatlarla işləmə, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Üstünlüklər
İnkişaf imkanları
Rəqabətli əmək haqqı və bonuslar
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Visa Premium əmək haqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət
Güzəştli təhsil və işçi krediti
Şirkət haqqında
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
İnsan analitik məlumatları istifadə edərək marketinq kampaniyaları hazırlayır, analitik bacarıqları tələb olunur.
Marketinq strategiyası üzrə menecer, axtarış reklamları ilə kampaniya strukturlarını sınaqdan keçirir və analitik bacarıq tələb olunur.
Məlumatların təhlili və BI vasitəsilə biznes qərarlarının qəbulunu dəstəkləyir, analitik bacarıq tələb olunur.


