Biznes analitik olaraq rəqəmsallaşma layihələrində məlumatların toplanması və təhlilində iştirak edir, analitik bacarıq tələb olunur.
Vakansiya haqqında
- Dövlət xidmətlərinin həyat hadisəsi, vahid pəncərə və istifadəçi mərkəzli yanaşma əsasında end-to-end dizaynının metodoloji və strateji səviyyədə idarə edilməsi;
- Dövlət xidmətlərinin As-Is və To-Be proses modellərinin yalnız operativ deyil, proses arxitekturası və xidmət portfeli səviyyəsində inteqrasiyalı şəkildə qurulması və uyğunluğunun təmin edilməsi;
- Xidmətlərin optimallaşdırılması, sadələşdirilməsi, avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə strateji təşəbbüslərin hazırlanması, prioritetləşdirilməsi və qərarvermə səviyyəsində əsaslandırılması;
- BPMN 2.0, Service Blueprint, CJM, Value Stream Mapping və digər beynəlxalq modelləşdirmə metodologiyalarının tətbiqi üzrə metodoloji standartların müəyyən edilməsi və tətbiqinə nəzarət edilməsi;
- Dövlət xidmətlərinin göstərilməsində iştirak edən informasiya sistemləri, reyestrlər, API inteqrasiyaları, məlumat axınları və orkestrasiya məntiqinin yüksək səviyyədə təhlil edilməsi;
- Rəqəmsal transformasiya təşəbbüsləri çərçivəsində dövlət qurumları, platforma komandaları, texniki bölmələr və digər maraqlı tərəflər arasında dizayn səviyyəli koordinasiyanın strateji şəkildə təşkili;
- Xidmət dizaynı artefaktlarının (Service Blueprint, As-Is/To-Be, Use Case, User Story, Business Rules, Service Catalogue və s.) vahid standartlara uyğun hazırlanmasına metodoloji rəhbərlik və keyfiyyətə nəzarət;
- Rəqəmsal xidmətlərin performans göstəricilərinin (SLA, KPI, drop-off, istifadəçi məmnuniyyəti və s.) təhlili əsasında xidmətlərin davamlı təkmilləşdirilməsi mexanizmlərinin qurulması;
- BRD, FRD, SRS, Service Design Document (SDD) və digər normativ-texniki sənədlərin hazırlanması prosesinin metodoloji idarə edilməsi və ekspert səviyyəsində hazırlanması;
- Rəhbərliyin tapşırıqlarına uyğun olaraq analitik araşdırmaların aparılması, nəticələrin ümumiləşdirilməsi və təqdim edilməsi;
- Komanda üzvlərinə metodoloji dəstəyin göstərilməsi, bilik ötürülməsi və analitik yanaşmaların standartlaşdırılması.
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 avqust 2026
Dillər
Azerbaijani, English
Son tarix
9 sentyabr 2026
Şirkət haqqında
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Dövlət idarəetməsi və müdafiə, Dövlət xidmətləri · 300-500 · Baku
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi…
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Biznes və texniki tələbləri təhlil etmək və BPMN metodologiyası ilə optimallaşdırmaq.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Çoxsaylı layihələri idarə edir, biznes tələblərini toplayır və təhlil edir, 3-5 il təcrübə tələb olunur.
Mövzu üzrə materiallar
Karyera
Bütün materiallar 
