Biznes tələblərini toplayır, təhlil edir və SQL, Agile biliklərinə malikdir.
Vakansiya haqqında
Əsas vəzifələr
- Bankın mövcud internet bankçılıq xidmətinin funksional və texniki baxımdan ətraflı təhlilini aparmaq.
- Mövcud internet bankçılıq xidmətində istifadə olunan servisləri, onların iş prinsiplərini, asılılıqlarını və inteqrasiya mexanizmlərini araşdırmaq.
- Servislərə göndərilən sorğuların (request) strukturunu, tələb olunan input parametrlərini, məlumat formatlarını və cavabların (response) strukturunu təhlil etmək.
- Servislərin uğurlu icrası zamanı əldə edilən request və response nümunələrini toplamaq, təhlil etmək və texniki sənədləşdirməsini həyata keçirmək.
- Servislərin funksional davranışını, biznes məntiqini, məlumat axınlarını və mümkün xəta ssenarilərini müəyyənləşdirmək və sənədləşdirmək.
- Mövcud internet bankçılıq xidmətinin təhlili əsasında yenilənəcək sistem üçün funksional tələbləri və texniki spesifikasiyaları hazırlamaq.
- Yeni internet bankçılıq xidmətinin hazırlanması prosesində biznes, texniki və proqram təminatının hazırlanması komandaları arasında koordinasiyanı təmin etmək.
- Hazırlanmış funksionallıqlar üzrə test ssenarilərini və test case-ləri tərtib etmək, funksional testləri icra etmək.
- Sistemin gözlənilən nəticələrə uyğun işləməsini yoxlamaq, aşkar edilmiş uyğunsuzluqları və xətaları sənədləşdirmək.
- Aşkar edilmiş problemləri aidiyyəti üzrə texniki komandalara yönləndirmək, onların aradan qaldırılmasını izləmək və təkrar testləri həyata keçirmək.
- Funksional tələblərin, texniki sənədlərin və test nəticələrinin aktuallığını təmin etmək, zəruri hallarda sənədləri yeniləmək.
- Yeni sistemin funksionallıqlarının mövcud sistemin biznes məntiqinə və bankın daxili tələblərinə uyğunluğunu yoxlamaq.
Tələblər
- Biznes analizi və funksional tələblərin hazırlanması üzrə biliklər.
- REST API və HTTP protokolları, request/response strukturları ilə işləmək bacarığı.
- JSON və XML məlumat formatları üzrə biliklər.
- Postman və ya oxşar API test alətlərindən istifadə təcrübəsi.
- API sənədləşdirilməsi və texniki spesifikasiyaların hazırlanması bacarığı.
- Test ssenarilərinin və test case-lərin hazırlanması, funksional testlərin icrası üzrə biliklər.
- SQL və verilənlər bazası sorğuları üzrə biliklərin olması üstünlükdür.
- Bank məhsulları, internet bankçılıq və maliyyə əməliyyatları üzrə təcrübə üstünlükdür.
- Analitik düşünmə, detallara diqqət və texniki komandalarla effektiv kommunikasiya bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Biznes analitiki üzrə bazar adətən 600–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
26 açıq vakansiya, 22 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Biznes analitiki kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Müraciət üçün CV göndərmək tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçSon müraciət tarixi 22 noyabr 2026-cı ildir.
Biznes analizi, REST API, JSON, XML, Postman və funksional testlərin aparılması bacarıqları tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiznes analitiki üzrə Bakıda digər açıq elanlar.
Korporativ müştərilər üçün bank tətbiqlərinin inkişafında biznes və sistem analizi aparır, Agile bilik tələb olunur.
Biznes proseslərin texniki analizini aparır və texniki sənəd hazırlama bacarığı tələb olunur.
Müştəri dəyərinin idarə edilməsini planlayır, kampaniyaları optimallaşdırır və analitik bacarıqlara malikdir.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





