Biznes mühitini təhlil edir, inkişaf perspektivlərini qiymətləndirir və müştəri tələblərini analiz edir.
Vakansiya haqqında
“Abşeron Logistika” MMC “Biznes analitika üzrə menecer” vəzifəsi üzrə vakansiya elan edir.
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
Makroiqtisadi göstəricilərin, bazar tendensiyalarının və hədəf regionların biznes mühitinin təhlili;
Hədəf biznes sahəsi üzrə inkişaf perspektivlərinin, rəqabət mühitinin və biznes imkanlarının qiymətləndirilməsi;
Hədəf biznes sahənin texniki göstəricilərinin, funksionallığının, əməliyyat axışlarının təhlili;
Biznes planların, inkişaf strategiyalarının və əsas fəaliyyət göstəricilərinin hazırlanması;
Müştəri tələblərinin təhlili və müvafiq sənədlər paketinin, kommersiya təkliflərinin hazırlanması;
Müştərilərlə işgüzar kommunikasiyanın aparılması, təkliflərin təqdim edilməsi və müqavilə şərtlərinin razılaşdırılması.
Namizədə qarşı tələblər:
İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;
MS Office proqramları (xüsusilə Excel) ilə yüksək səviyyədə işləmək bacarığı;
Biznes proseslərinin modelləşdirilməsi üzrə təcrübə.
Peşəkar tələblər:
Analitik düşünmə və məlumatlarla işləmə bacarığı;
Problem həlletmə və praktik qərarvermə bacarığı;
Dəqiqlik və məsuliyyətlilik;
Prosesləri izləmə və nəticəyə nəzarət etmə bacarığı;
Müştərilərlə işgüzar danışıqların aparılması və kommunikasiya bacarıqlar.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Biznes analitiki üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
26 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Biznes analitiki kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Vakansiyaya müraciət üçün son tarix 15 noyabr 2026-cı ildir.
İşə qəbulun növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Email-in mövzu hissəsində “Biznes analitika üzrə menecer” yazılmalıdır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiznes analitiki üzrə digər açıq elanlar.
Omnichannel layihəsində biznes ehtiyaclarını təhlil edir və funksional tələbləri hazırlayır
Müştəri təcrübələrini təhlil edir, SQL və Excel bilikləri ilə biznes tələblərini formalaşdırır.
Biznes qərar qəbuletməni dəstəkləmək üçün böyük həcmli məlumatları analiz edir və hesabatlar hazırlayır.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





