Pərakəndə kart biznesi sahəsinə biznes analitika üzrə baş mütəxəssis

ABB

Vakansiya haqqında

Görəcəyiniz işlər:

  • Məhsul sahibi və Bankın struktur bölmələri ilə biznes ehtiyaclarının, həllin əhatə dairəsinin və gözlənilən nəticələrin müəyyənləşdirilməsi;
  • Funksional və qeyri-funksional tələblərin, biznes qaydalarının, istifadəçi ssenarilərinin (User Story, Use Case) və qəbul meyarlarının hazırlanması;
  • Mövcud və hədəf biznes proseslərin BPMN/UML diaqramları vasitəsilə modelləşdirilməsi və optimallaşdırma imkanlarının müəyyən edilməsi;
  • Əsas, alternativ və xəta ssenarilərinin, validasiya qaydalarının və status keçidlərinin sənədləşdirilməsi;
  • Bankın daxili sistemləri və xarici tərəfdaşlarla API inteqrasiyaları üzrə tələblərin, sorğu-cavab strukturlarının və məlumat xəritələnməsinin hazırlanması;
  • SQL sorğuları vasitəsilə məlumatların təhlil edilməsi və sistemlərarası məlumat uyğunluğunun yoxlanılması;
  • Proqramçılar və sistem arxitektorları ilə texniki həllərin müzakirə edilməsi, dəyişikliklərin mövcud sistemlərə təsirinin qiymətləndirilməsi;
  • Tələblərin icrası zamanı yaranan sualların cavablandırılması, dəyişikliklərin və açıq məsələlərin aidiyyəti tərəflərlə razılaşdırılması;
  • API yoxlamaları, inteqrasiya testləri və istifadəçi qəbul testləri (UAT) proseslərinə dəstək göstərilməsi;
  • Hesabatlılıq, audit izi və əməliyyatların üzləşdirilməsi üçün məlumat tələblərinin müəyyənləşdirilməsi;
  • Tələblərin, inteqrasiya təsvirlərinin və razılaşdırılmış qərarların Confluence platformasında aktual saxlanılması.

Bizim üçün uyğun namizəd:

  • İnformasiya texnologiyaları, kompüter elmləri, dəqiq elmlər, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsilə;
  • İT biznes analitikası və ya sistem analitikası üzrə minimum 2 il iş təcrübəsinə;
  • Biznes ehtiyaclarının təhlili və icraya hazır texniki tələblərin hazırlanması bacarığına;
  • User Story, Use Case, biznes qaydaları və qəbul meyarlarının hazırlanması üzrə təcrübəyə;
  • BPMN və UML, xüsusilə Sequence və Activity diaqramları ilə işləmək bacarığına;
  • REST API, HTTP, JSON, Swagger/OpenAPI üzrə biliklərə;
  • Postman və ya analoji alətlərlə API yoxlamaları üzrə təcrübəyə;
  • SQL sorğularının (JOIN, GROUP BY, Subquery) yazılması və məlumatların təhlili üzrə biliklərə;
  • Sinxron və asinxron inteqrasiyalar, mikroservislər və mesajlaşma mexanizmləri barədə anlayışa;
  • SDLC və Agile metodologiyaları, Jira və Confluence platformaları ilə iş təcrübəsinə;
  • Bank məhsulları və əsas bank əməliyyatları barədə anlayışa;
  • Texniki sənədləri oxumaq və işgüzar yazışmalar aparmaq üçün orta səviyyədə ingilis dili biliklərinə;
  • Analitik düşüncə, effektiv ünsiyyət və tapşırıqları müstəqil idarə etmək bacarığına sahib olmalıdır.

Aşağıdakı bilik və təcrübələrə sahib olmaq üstünlükdür:

  • Kriptoaktivlər və kriptovalyuta birjalarının iş prinsipləri barədə bilik və ya layihə təcrübəsi;
  • Kriptovalyutaların alqı-satqısı, qiymət təklifləri, sifarişlərin icrası, komissiyalar və limitlər barədə anlayış;
  • Fiat və kripto vəsaitlərin mədaxil-məxarici, blokçeyn şəbəkələri və elektron pul kisələri barədə biliklər;
  • Bank və kriptovalyuta birjaları arasında API inteqrasiyaları, əməliyyat statuslarının izlənilməsi və üzləşdirmə prosesləri üzrə təcrübə;
  • Kripto əməliyyatlarında KYC/AML, sanksiya yoxlamaları və əməliyyat monitorinqi prinsipləri barədə məlumatlılıq;
  • Kafka, Webhook, idempotentlik və məlumatların təkrar emalı mexanizmləri barədə biliklər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 noyabr 2026
Dillər
English
Son tarix
28 dekabr 2026
Baxış
50

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Biznes analitiki üzrə bazar adətən 800–1 300 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

39 açıq vakansiya, 29 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Biznes analitiki kimi öz maaşını yoxla

Şirkət haqqında

ABB
Banking · 1001-5000 · Bakı
ABB — bütün vakansiyalar

ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

İT biznes analitikası və ya sistem analitikası üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.

Jira və Confluence platformaları istifadə olunur.

SDLC və Agile metodologiyaları tətbiq olunur.

REST API, HTTP, JSON, Swagger/OpenAPI bilikləri tələb olunur.

Müraciət üçün son tarix 28 dekabr 2026-cı ildir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Biznes analitiki üzrə digər açıq elanlar.

Mpay MMC
Mütəxəssis · 2+ ilBakı
Maaş göstərilməyib

Biznes tələblərini toplayan, təhlil edən və sənədləşdirən İT biznes analitik axtarılır

DocumentationBRDProcess AnalysisBPMN+21
Müraciət et
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Pərakəndə kart biznesi sahəsinə biznes analitika üzrə baş mütəxəssis
Müraciət et