Vakansiya haqqında

Departament: Layihələrin idarə edilməsi və məhsulların inkişafı

İş yeri: Bakı, Azərbaycan

İş rejimi: Tam ştat, ofisdə

PROSYS MMC dövlət və özəl təşkilatlarda istifadə olunan FMSpro maliyyə və mühasibat uçotu proqram təminatını hazırlayır və tətbiq edir. Komandamıza mühasibat təcrübəsini proqram təminatının inkişafında tətbiq edəcək əməkdaş axtarırıq. Bu vəzifə mühasibat və vergi biliklərini biznes analitik işi ilə birləşdirir. Siz sifarişçinin ehtiyacını anlayan və onu işləyən sistemə çevirən komandanın bir hissəsi olacaqsınız.

Əsas vəzifələr

  • Sifarişçinin nümayəndələri ilə görüşlər aparmaq, onların mühasibat, vergi və idarəetmə uçotu proseslərini öyrənmək və tələbləri müəyyən etmək;
  • Biznes tələblərini sənədləşdirmək: texniki tapşırıq, funksional spesifikasiya və texniki təklif hazırlamaq;
  • Prosesləri sxemlərlə modelləşdirmək və onların daha səmərəli olması üçün təkliflər vermək;
  • Texniki tapşırıqları proqramçılarla müzakirə etmək və tələblərin icrasını izləmək;
  • Mövcud sistemləri təhlil etmək və ekspert rəyi vermək;
  • Biznes tələblərinə uyğun maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Yeni funksionallığı test etmək və FMSpro-da lazımi ayarları aparmaq;
  • Sistemi sifarişçilərə təqdim etmək və istifadəçilərə dəstək olmaq.

Əsas tələblər

  • Mühasibat uçotunu qanunvericiliyə uyğun yaxşı bilmək;
  • Vergi uçotunu və idarəetmə uçotunu bilmək;
  • Rəsmi hesabatların hazırlanması və təqdim edilməsi qaydalarını bilmək;
  • ERP sistemlərinin tətbiqində iştirak və ya ERP üzrə biznes analitik kimi iş təcrübəsi;
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Komandada işləmək, müstəqil qərar vermək, təşəbbüskalıq kimi bacarıqlara malik olmaq.

Üstünlük sayılır

  • Proqram təminatının hazırlanma prosesini,Agile və Scrum yanaşmalarını bilmək; ▫️
  • SQL və ya PL/SQL üzrə ilkin bilik;
  • Jira, MS Visio, Balsamiq Wireframes kimi alətlərlə iş təcrübəsi; ▫️
  • Rus və ya ingilis dilində yazışma və ünsiyyət bacarığı;
  • Biznes ehtiyaclarını texnoloji həllərlə əlaqələndirə bilmək.

Biz sizə nə təklif edirik?

  • Ölkədə istifadə olunan maliyyə və mühasibat sisteminin inkişafında iştirak imkanı;
  • Mühasibatlıqdan biznes analitikə və IT sahəsinə keçid üçün real təcrübə; ✅ Təcrübəli analitik, proqramçı və test komandası ilə birgə iş;
  • Peşəkar inkişaf və karyera yüksəlişi;
  • Bilik və təcrübəyə uyğun rəqabətli əmək haqqı.

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş həftəsi | 09:00–18:00
  • İstirahət günləri: şənbə və bazar
  • Əmək haqqı: namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək

Necə müraciət etməli?

  • CV-nizi mövzu sətrində "Tətbiqçi mühasib" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Yalnız müsahibəyə dəvət olunan namizədlərlə əlaqə saxlanılacaq.

Mühasibat biliyinizi rəqəmsal həllərə çevirən komandaya qoşulun!

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
27 oktyabr 2026
Dillər
Russian, English
Son tarix
27 noyabr 2026
Baxış
103

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Biznes analitiki üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

34 açıq vakansiya, 21 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Biznes analitiki kimi öz maaşını yoxla

Şirkət haqqında

PROSYS LLC
IT Services and IT Consulting · 11-50 · Baku
PROSYS LLC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş qrafiki həftədə 5 gün, 09:00–18:00 saatlarıdır, şənbə və bazar istirahət günləridir.

Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun müsahibə zamanı müəyyən edilir.

İş yeri Bakı şəhəridir.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Biznes analitiki üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Tətbiqçi mühasib (FMSpro)
Müraciət et