Layihələrin koordinasiyasını və tender sənədlərinin hazırlanmasını təşkil edir, güclü təşkilati bacarıqlara malikdir.
Vakansiya haqqında
Uşaq Mərkəzinin yaradılması üzrə Layihə Koordinatoru / Meneceri
Vəzifənin məqsədi
Bakıda yaradılacaq uşaq mərkəzinin məkanın seçilməsindən başlayaraq təmir, təchizat, komandanın formalaşdırılması və rəsmi açılışa qədər bütün proseslərini koordinasiya edəcək məsuliyyətli və təşkilatçılıq qabiliyyətinə malik mütəxəssis axtarılır.
Əməkdaşlıq şərtləri
- Əməkdaşlıq outsourcing / xidmət göstərilməsi formatında nəzərdə tutulur.
- Xidmət haqqı həftəlik ödəniləcək.
- Ödəniş məbləği namizədin təcrübəsi və bacarıqları nəzərə alınmaqla müsahibə əsasında müəyyən ediləcək.
- Obyektin, podratçıların və əməkdaşların yekun seçimi, büdcə və satınalma qərarları rəhbərlik tərəfindən təsdiq edilir.
- Mərkəz fəaliyyətə başladıqdan sonra uğurlu əməkdaşlıq olduğu təqdirdə namizədə mərkəzin idarə edilməsinin həvalə edilməsi mümkündür.
Müraciət qaydası
Vəzifə öhdəlikləri
- Uyğun məkanların araşdırılması, icarə şərtlərinin müqayisəsi və rəhbərliyə təkliflərin təqdim edilməsi.
- Dizaynerlərin, tikinti briqadalarının, podratçıların və təchizatçıların axtarışı və işlərinin koordinasiyası.
- Təmir, layihələndirmə, mebel və avadanlıqların sifarişi, çatdırılması və quraşdırılmasına nəzarət.
- Layihə qrafikinin hazırlanması, müddətlərə və təsdiq edilmiş büdcəyə uyğunluğun izlənilməsi.
- Uşaq mərkəzinin təhlükəsizlik, texniki və digər zəruri tələblərə uyğun hazırlanması prosesinin koordinasiyası.
- Mərkəz üçün komandanın formalaşdırılması və işçilərin seçimi prosesinin təşkili.
- Açılışa hazırlıq planının icrasına və mərkəzin vaxtında fəaliyyətə başlamasına nəzarət.
Tələblər
- Layihələrin idarə edilməsi, obyektlərin sıfırdan yaradılması və ya açılışa hazırlanması sahəsində təcrübə arzuolunandır.
- Bakı daşınmaz əmlak bazarını tanımaq.
- Podratçılar və təchizatçılarla işləmək, qiymətləri və kommersiya təkliflərini müqayisə etmək bacarığı.
- Güclü təşkilatçılıq, koordinasiya və danışıqlar aparmaq bacarığı.
- Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
- Azərbaycan və rus dillərini bilmək vacibdir. İngilis və/və ya türk dili üstünlükdür.
- Layihə üzrə obyektlərdə mütəmadi iştirak etmək imkanı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Layihə koordinatoru üzrə bazar adətən 500–1 000 ₼ ödəyir, median — 725 ₼.
10 açıq vakansiya, 10 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Layihə koordinatoru kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Əmək haqqı 400 ₼ təşkil edir.
Namizəd öz CV-sini təqdim etməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüraciət email vasitəsilə edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarLayihə koordinatoru üzrə Bakıda digər açıq elanlar.
Ofis və sahə komandaları arasında koordinasiyanı təmin edir və texniki xidmət sifarişlərini idarə edir
Rəqəmsal loyallıq layihələrini idarə edir, layihə idarəetmə və təşkilatçılıq bacarıqları tələb olunur.
Layihələri idarə edir, üzvlərlə əlaqələri qurur və əsas təşkilati bacarıqlara malikdir.


