İT layihələrin idarə edilməsi və layihə alətlərini istifadə bacarığı tələb olunur.
Vakansiya haqqında
Komandamıza IT Proyekt Meneceri axtarırıq!
Tələb olunan xüsusi biliklər:
- IT sahəsində minum 1 il təcrübə;
- Sahə üzrə tanınmış kurs sertifikatı təqdim olunmalıdır;
- Layihələri biznes-keys, planlama, icra və yekunlaşdırılması daxil olmaqla, başlanğıcdan sona qədər tam olaraq idarə etmək;
- Tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsinə nəzarət, layihələrin monitorinqini aparmaq və onları nəzarətdə saxlamaq;
- Layihə planı, büdcə, cədvəl və ya əhatə dairəsi kimi layihə idarəetmə sənədlərinin idarə etmək;
- Rəhbərliyə görülən işlər barədə günlük və həftəlik hesabatların təqdim edilməsi;
- Layihələrin biznes tələblərini qarşılamaq məqsədilə sifarişçi və istifadəçilərlə mütəmadi olaraq əlaqə qurmaq;
- Tələb olunan strukturun və funksionalın düzgün işləməsinə nəzarət etmək;
- Veb-saytların məzmun idarəetmə sistemlərinə (CMS) hakim olmaq.
Namizədə tələblər
- Müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- IT sahəsi üzrə minimum texniki biliklər;
- Minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: İngilis, Rus (arzuolunan);
- Kompyuter bilikləri (Word, Excel, Power Point), Google Workspace;
- Layihə idarəetmə alətlərindən istifadə bacarıqları (Jira, Trello,CRM);
- Github və ya bənzəri versiya nəzarət sistemləri;
- Kollektivdə işləmək bacarığı;
- Məsuliyyət və punktuallıq.
İş şəraiti
- İş qrafiki: Həftəiçi 5 gün 09:45-dən 18:00-dək (Şənbə günü hibrid);
- Ofis: ARENA Plaza
- İstirahət vaxtları: Şənbə, Bazar və bayram günləri;
- Sınaq müddəti: 2 ay (Sınaq müddəti zamanı əmək haqqı tam ödənilir)
- Ə/h: 800 - 1300 AZN ( Layihələrin həcminə və sayına görə dəyişiklik göstərir.)
Daim öyrənməyə həvəsli, işdən qorxmayan, öz üzərində işləyən şəxsi, gənc kollektivimizdə görməyə şad olarıq :))
Namizədlər CV-lərini hr@proweb.az ünvanına "Proyekt Meneceri" başlığı ilə göndərə bilərlər.
Qeyd: Proveb MMC artıq 14 ildir ki, yerli və xarici bazarda İT layihələrin hazırlanması və həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. CV göndərməzdən əvvəl şirkətimiz və gördüyümüz işlər barədə ətraflı məlumat almaq üçün zəhmət olmasa veb saytımıza daxil olun: www.proweb.az
Şirkət haqqında
RƏQƏMSAL MÖVCUDLUĞUNUZU BİR ADDIMDA GÜCLƏNDİRİN | PROWEB - 2016-cı ildən rəqəmsal texnologiyalar sahəsində ixtisaslaşmış aparıcı agentlikdir.
Proweb.az | Rəqəmsal Həllər — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
IT layihələrini idarə edib izləmək və layihə idarəetmə alətlərini bilmək.
Layihənin idarə olunmasını və biznes tələblərinin koordinasiyasını təmin etmək üçün 2-3 il təcrübə tələb olunur.
Müştəri hesablarını idarə edir, marketinq layihələrini həyata keçirir və əlaqələri qurur.


