Vakansiya haqqında

Vəzifənin məqsədi

  • Layihə Menecerinin əsas məqsədi tikinti layihələrinin müqavilə şərtlərinə, təsdiq edilmiş qrafikə, büdcəyə, keyfiyyət və əməyin mühafizəsi tələblərinə uyğun icrasını təmin etmək, resursları səmərəli idarə etmək və layihənin vaxtında tamamlanmasına nail olmaqdır.

Əsas vəzifə və öhdəliklər

  • Tikinti layihəsinin planlaşdırılması, təşkili və gündəlik icrasına ümumi rəhbərlik etmək.
  • Layihənin iş qrafikini razılaşdırmaq, icrasına nəzarət etmək və gecikmə riskləri yarandıqda qabaqlayıcı tədbirlər görmək.
  • Satınalma prosesinin vaxtında planlaşdırılmasını və material, avadanlıq və xidmətlərin iş qrafikinə uyğun sahəyə çatdırılmasını təmin etmək.
  • Tikinti sahəsində çalışan Tikinti Rəhbəri, mühəndislər, briqadalar, subpodratçılar və təchizatçılar arasında səmərəli koordinasiyanı təmin etmək.
  • Layihənin müqavilə çərçivəsində icrasına, iş həcmlərinə və əlavə işlərin düzgün müəyyənləşdirilməsinə nəzarət etmək.
  • Layihənin faktiki gedişatını planla müqayisə etmək, mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Layihə üzrə insan resurslarının, tikinti texnikasının və materialların səmərəli istifadəsini təmin etmək.
  • Görülmüş işlərin keyfiyyətinə, texniki sənədləşməyə və gizli işlərin müvafiq qaydada rəsmiləşdirilməsinə nəzarət etmək.
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit tələblərinə riayət olunmasını təmin etmək.
  • Sifarişçi, layihəçi, texniki nəzarət və digər maraqlı tərəflərlə işgüzar əlaqələri və operativ koordinasiyanı həyata keçirmək.
  • Layihə üzrə yaranan problemləri vaxtında müəyyən etmək, riskləri qiymətləndirmək və həll yollarını təklif etmək.
  • Layihənin təhvil-təslim prosesini, icra sənədlərinin və faktiki vəziyyətə uyğun (As-Built) sənədlərin tamamlanmasını koordinasiya etmək.

Namizədə tələblər

  • Tikinti mühəndisliyi, mülki tikinti və ya müvafiq sahə üzrə ali təhsil.
  • Tikinti layihələrinin idarə edilməsi üzrə minimum 3 il iş təcrübəsi.
  • Tikinti sahəsində işlərin təşkili, iş qrafiklərinin idarə edilməsi və resurs planlaşdırılması üzrə praktiki biliklər.
  • Satınalma və material təminatının planlaşdırılması, subpodratçıların koordinasiyası üzrə təcrübə.
  • Tikinti çertyojlarını, texniki spesifikasiyaları və müqavilə sənədlərini oxumaq və təhlil etmək bacarığı.
  • MS Office və AutoCAD proqramları ilə yaxşı işləmək bacarığı; MS Project və Primavera P6 planlaşdırma proqramlarını bilmək üstünlükdür.
  • Azərbaycan dilində sərbəst ünsiyyət və hesabat hazırlamaq bacarığı; ingilis və rus dillərini bilmək üstünlükdür.
  • Liderlik, təşkilatçılıq, problem həll etmə və qərarvermə bacarıqları.
  • Nəticəyönümlülük, məsuliyyətlilik və işləri vaxtında tamamlamaq bacarığı.

İş şəraiti

  • Peşəkar komandada işləmək imkanı.
  • Müxtəlif tikinti layihələrinin idarə edilməsində iştirak.
  • Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
19 noyabr 2026
Baxış
14

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Layihə meneceri üzrə bazar adətən 1 000–1 600 ₼ ödəyir, median — 1 500 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

38 açıq vakansiya, 31 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Layihə meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

Tikinti layihələrinin idarə edilməsində minimum 3 il iş təcrübəsi tələb olunur.

İş saatları və iş günləri barədə məlumat verilməyib.

Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun müsahibə zamanı müəyyən edilir.

Namizəd CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Layihə meneceri üzrə Bakıda digər açıq elanlar.

Veysəloğlu
Middle · 3–5 ilBakı
Maaş göstərilməyib2 gün qalıb

Tikinti layihələrinin planlaşdırılması və icrasını idarə edir, 3-5 il təcrübə tələb olunur.

Technical Documentation ReviewAutoCADQuality ControlConstruction Project Management+9
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Layihə rəhbəri
Müraciət et