Rəqəmsal layihələrin planlanması, idarə olunması və komanda fəaliyyətinin təşkili bacarığı tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifələr
- İT layihələrinin planlaşdırılmasını həyata keçirmək, icra mərhələlərini, müddətləri, büdcəni, resursları və məsul şəxsləri müəyyən etmək.
- Layihələrin təsdiq edilmiş planlara, büdcəyə və razılaşdırılmış iş həcminə uyğun icrasını təmin etmək.
- Texniki, Satış, Təchizat, Maliyyə və digər struktur bölmələr arasında koordinasiyanı təşkil etmək, qarşılıqlı öhdəliklərin və tapşırıqların icrasını izləmək.
- Layihələrin statusu, icra müddətləri, resurslardan istifadə, büdcə və yaranmış problemlərlə bağlı məlumatları mütəmadi toplamaq, yoxlamaq və yeniləmək.
- Gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq, onları müəyyən edilmiş müddətlərdə COO-ya təqdim etmək və layihələrin cari vəziyyəti barədə rəhbərliyi operativ məlumatlandırmaq.
- Layihələr üzrə gecikmələri, riskləri və planlaşdırılmış göstəricilərdən kənarlaşmaları vaxtında müəyyən etmək, onların səbəblərini təhlil etmək, həll tədbirləri hazırlamaq və zəruri hallarda məsələləri rəhbərliyin diqqətinə çatdırmaq.
- Struktur bölmələrdən tələb olunan məlumat və hesabatların vaxtında alınmasını təmin etmək, tapşırıqların icra vəziyyətini izləmək və gecikmələrin aradan qaldırılmasına nəzarət etmək.
- Layihələrin iş həcminə, müddətinə, büdcəsinə və resurslarına təsir edən dəyişiklikləri qiymətləndirmək, onların razılaşdırılmasını və müvafiq qaydada sənədləşdirilməsini təmin etmək.
- Layihələr üzrə qəbul edilmiş qərarları, verilmiş tapşırıqları, məsul şəxsləri və icra müddətlərini qeydiyyata almaq, icra intizamını izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək.
- ERP sistemində layihə məlumatlarının aktuallığını və düzgünlüyünü təmin etmək, vahid layihə reyestrini aparmaq və hesabatlılıq sisteminin təkmilləşdirilməsində iştirak etmək.
- Layihələrin yekun nəticələrini, təhvil-təslim prosesini və müqavilə öhdəliklərinin yerinə yetirilməsini izləmək, tamamlanmış layihələr üzrə yekun hesabatlar hazırlamaq.
Tələblər
- İT, mühəndislik, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil.
- İT layihələrinin idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi.
- PMP, PRINCE2 və ya CAPM beynəlxalq sertifikatlarından birinə sahib olmaq.
- Layihələrin planlaşdırılması, risklərin idarə edilməsi, büdcə və resurslara nəzarət, hesabatlılıq və dəyişikliklərin idarə edilməsi üzrə biliklər.
- Sistem inteqrasiyası, şəbəkə infrastrukturu, serverlər, proqram təminatı və İT avadanlıqlarının təchizatı ilə bağlı layihələr üzrə təcrübəyə üstünlük verilir.
- MS Project, Jira və ya analoji layihə idarəetmə alətləri, həmçinin MS Excel ilə işləmək bacarığı.
- Layihə büdcəsinin və maya dəyərinin hesablanması, habelə plan-fakt göstəricilərinin təhlili üzrə biliklər.
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, ingilis dilində texniki sənədlərlə işləmək qabiliyyəti.
- Analitik düşünmə, yüksək təşkilatçılıq, məsuliyyətlilik, güclü kommunikasiya və koordinasiya bacarıqları.
- Məlumatları vaxtında təqdim etmək, hesabatları dəqiq hazırlamaq, problemləri vaxtında müəyyənləşdirmək və zəruri hallarda rəhbərliyi operativ məlumatlandırmaq bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Layihə meneceri üzrə bazar adətən 1 000–1 600 ₼ ödəyir, median — 1 500 ₼.
37 açıq vakansiya, 31 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Layihə meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
“CASPEL” – biznesə köməyə gələn IT Müasir biznes-prosesləri informasiya texnologiyalarsız təsvir etmək artıq qeyri-mümkündür. “Caspel” IT-şirkəti 2005-ci ildə təsis edilmişdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İT layihələrinin idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.
PMP, PRINCE2 və ya CAPM beynəlxalq sertifikatlarından biri tələb olunur.
MS Project, Jira və ya analoji layihə idarəetmə alətləri, həmçinin MS Excel ilə işləmək bacarığı tələb olunur.
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, ingilis dilində texniki sənədlərlə işləmək bacarığı tələb olunur.
Analitik düşünmə, yüksək təşkilatçılıq, məsuliyyətlilik, güclü kommunikasiya və koordinasiya bacarıqları tələb olunur.
Müraciət üçün CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarLayihə meneceri üzrə Bakıda digər açıq elanlar.
Strateji layihələrin və transformasiya proqramlarının idarə edilməsində təcrübəli layihə meneceri axtarılır.
Tikinti layihələrini planlaşdırır, idarə edir və minimum 10 il təcrübə tələb edir.
Layihələrin idarə olunmasını həyata keçirir və Agile, Waterfall metodologiyalarını bilir.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?




