Təqaüd proqramı iştirakçılarının inzibati proseslərini koordinasiya etmək və Excel bilmək.
Vakansiya haqqında
Əsas vəzifələr
- Beynəlxalq ikili diplom proqramlarının (İDP) icrası ilə bağlı gündəlik işləri əlaqələndirmək, proqramlar üzrə görülən işlərin, öhdəliklərin və icra müddətlərinin izlənilməsini təmin etmək
- Yerli və xarici tərəfdaş ali təhsil müəssisələri, dövlət qurumları və digər aidiyyəti tərəflərlə əməkdaşlığı və işgüzar yazışmaları təşkil etmək
- İDP-lər üzrə müqavilələrin, onlara əlavələrin və digər sənədlərin nəzərdən keçirilməsində iştirak etmək, müqavilə öhdəliklərinin icrasını izləmək və aşkar edilmiş məsələlər barədə təkliflər hazırlamaq
- Proqramların maliyyələşdirilməsi ilə bağlı xərc smetalarını, sifarişləri, hesabatları və təsdiqedici sənədləri müvafiq qaydalar və müqavilə şərtləri baxımından ilkin təhlil etmək, maliyyə məsələləri üzrə aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək
- Rəhbər komitələrin iclaslarının hazırlanmasını əlaqələndirmək, gündəlik, təqdimat və digər materialları hazırlamaq, qəbul edilmiş qərarların icrasını izləmək
- Proqramlar üzrə tələbə və məzun məlumatlarının toplanmasını, yenilənməsini, yoxlanılmasını və təhlilini həyata keçirmək
- İDP-lərin icrasına dair dövri və xüsusi hesabatlar, analitik arayışlar, təqdimatlar və rəhbərlik üçün məlumatlar hazırlamaq
- Proqramların monitorinqində iştirak etmək, icra ilə bağlı riskləri və problemləri müəyyənləşdirmək, onların həlli və proseslərin təkmilləşdirilməsi üzrə təkliflər vermək
- Şöbənin fəaliyyət istiqamətləri üzrə daxil olan müraciət və sorğuları səlahiyyətlər çərçivəsində araşdırmaq, cavab məktublarının və digər rəsmi sənədlərin layihələrini hazırlamaq
- Beynəlxalq ali təhsil və ikili diplom proqramları sahəsində yenilikləri araşdırmaq, yeni əməkdaşlıq imkanlarının qiymətləndirilməsində iştirak etmək
- Şöbə müdirinin tapşırıqlarının icrasını və aidiyyəti sənədlərin vaxtında hazırlanmasını təmin etmək
Tələblər
- Təhsil: Ali təhsil. Təhsilin idarə edilməsi, beynəlxalq münasibətlər, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə təhsil arzuolunandır
- İş təcrübəsi: Ali təhsil sistemində minimum 5 il iş təcrübəsi. Beynəlxalq əməkdaşlıq, ali təhsil proqramlarının və ya layihələrin idarə edilməsi sahəsində təcrübə üstünlükdür
- Dil bilikləri: Azərbaycan dili – səlis; ingilis dili – minimum C1 səviyyəsində. Azərbaycan və ingilis dillərində rəsmi yazışmalar aparmaq, sənədləri təhlil etmək və peşəkar müzakirələrdə iştirak etmək bacarığı
- Peşəkar biliklər: Ali təhsil sisteminin fəaliyyəti, beynəlxalq əməkdaşlıq və təhsil proqramlarının təşkili barədə biliklər; müqavilələr, büdcələr və hesabatlarla işləmək bacarığı
- Kompüter bilikləri: MS Office proqramlarında, xüsusilə Word, Excel və PowerPoint-də sərbəst işləmək; məlumatları toplamaq, təhlil etmək və təqdim etmək bacarığı
- Kompetensiyalar: Yüksək analitik düşüncə, detallara diqqət, güclü yazılı və şifahi ünsiyyət, təşkilatçılıq, vaxtın idarə edilməsi, müstəqil işləmək və eyni vaxtda bir neçə işi prioritetləşdirmək bacarığı
- Beynəlxalq ikili diplom proqramları, xarici universitetlərlə əməkdaşlıq və ya beynəlxalq təhsil layihələri üzrə praktiki təcrübə
- Layihə idarəetməsi, monitorinq və qiymətləndirmə, maliyyə sənədlərinin təhlili və ya hesabatlılıq sahəsində təcrübə
- Layihə idarəetməsi üzrə PMP (Project Management Professional) sertifikatının olması
- Məlumatların təhlili və təqdimatı üçün rəqəmsal alətlərdən, o cümlədən süni intellekt alətlərindən səmərəli istifadə bacarığı
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Ali təhsil sistemində minimum 5 il iş təcrübəsi tələb olunur.
Azərbaycan dili səlis, ingilis dili minimum C1 səviyyəsində olmalıdır.
Ali təhsil sistemi, beynəlxalq əməkdaşlıq və təhsil proqramlarının təşkili barədə biliklər tələb olunur.
PMP (Project Management Professional) sertifikatı üstünlükdür.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarProqram rəhbəri üzrə Bakıda digər açıq elanlar.
Ekvayrinq layihələrini idarə edir, məhsul inkişafı və analitik bacarıqlara malikdir
Maliyyə və kommersiya göstəricilərinin təhlilini aparır, ACCA sertifikatına malik olmalıdır
Layihələrin idarə olunmasını və istehsal proseslərinin optimallaşdırılmasını həyata keçirir, 7 ildən çox təcrübə tələb olunur.

