Vakansiya haqqında

iVolt şirkəti məsuliyyətli, analitik düşüncəyə malik, texniki bilik və praktiki təcrübəsi olan Elektrik mühəndislərini komandaya qoşulmağa dəvət edir. Enerji və elektromobil sahəsində fəaliyyət göstərən dinamik şirkətdə müasir elektrik sistemlərinin layihələndirilməsi, texniki həllərin hazırlanması və elektrik avadanlıqları ilə işləmək, peşəkar biliklərinizi inkişaf etdirmək və innovativ layihələrdə iştirak etmək imkanı sizi gözləyir.

Vəzifə öhdəlikləri:

  • Elektrik təchizatı sistemlərinin layihələndirilməsi, təkxətt sxemlərinin, plan və kabel marşrutlarının hazırlanması;
  • Elektrik yükləri və digər texniki hesablamaların aparılması;
  • Elektrik avadanlıqları, kabellər, qoruyucu qurğular və digər materialların seçilməsi;
  • Material və işçilik siyahılarının hazırlanması və sifariş prosesinin koordinasiyası;
  • Layihə və texniki sənədlərin hazırlanması və sənədləşmə prosesinin idarə olunması;
  • Tikinti və montaj işlərinə texniki nəzarətin həyata keçirilməsi və işlərin təhvil alınması;
  • Podratçı və tikinti şirkətləri ilə texniki məsələlərin koordinasiyası;
  • Mövcud elektrik sistemlərinə texniki baxışların keçirilməsi və texniki problemlərin həlli;
  • Layihələrin icrası zamanı texniki uyğunluğun və təhlükəsizlik tələblərinin təmin edilməsi;

Tələblər:

  • Müvafiq sahədə 2–3 il iş təcrübəsi;
  • Elektrik mühəndisliyi, elektroenergetika və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Elektrik sistemlərinin layihələndirilməsi və texniki hesablamalar üzrə bilik;
  • AutoCAD və ya oxşar proqramlarda işləmək bacarığı;
  • Adobe Photoshop üzrə praktiki bilik və bacarıqlar əlavə üstünlükdür;
  • Elektrik sxemlərini və texniki çertyojları oxumaq bacarığı;
  • Layihə və texniki sənədlərlə işləmək bacarığı;
  • Elektrik avadanlıqları və montaj prosesləri haqqında praktiki bilik;
  • Normativ-texniki tələblər barədə ümumi anlayış;

Şəxsi keyfiyyətlər:

  • Analitik və sistemli düşüncə;
  • Yüksək diqqət və dəqiqlik;
  • Texniki problemləri operativ təhlil etmək və effektiv həll etmək bacarığı;
  • Yüksək məsuliyyət və iş intizamı;
  • Çevik və nəticəyönümlü yanaşma;
  • Təhlükəsizlik və keyfiyyət standartlarına riayət;

Şirkətin təklifləri:

  • Könüllü tibbi sığorta (sınaq müddətindən sonra);
  • Peşəkar və dinamik iş mühiti;
  • Stabil əmək haqqı və performansa əsaslanan inkişaf imkanları;
  • Şirkətdaxili təlimlər və peşəkar inkişaf dəstəyi;
  • Enerji və elektromobil sahəsində praktiki biliklər əldə etmək imkanı.

Əlavə məlumat:

  • İş saatları: 09:00 - 18:00 (Bazar ertəsi-Cümə);
  • İş yeri: Bakı şəhəri

“Elektrik mühəndisi” başlığı ilə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Yerləşmə
Azərbaycan
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 avqust 2026
Son tarix
15 sentyabr 2026

Şirkət haqqında

iVolt
Kommunal xidmətlər, energetika və bərpa olunan enerji, Bərpa olunan enerji · Baku

Qlobal dünyada və yerli bazarda son dövrdə sürətlə artan tələbi nəzərə alaraq 2024-cü ildə yaranmış “İvolt” şirkəti elektrikli avtomobillər üçün, elektrik nəqliyyat vasitələrinin operatoru və müxtəlif növ şarj stansiyalarının satışı…

iVolt — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

North West
Senior · 5–7 il
Maaş göstərilməyib

Elektrik təchizatı və zəif cərəyan sistemlərinin layihələndirilməsini və texniki nəzarətini həyata keçirir, AutoCAD bacarığı tələb olunur.

AutoCADRevitElectrical Systems DesignCable Sizing+9
Müraciət etAsan müraciətAsan müraciət
Hermes-S MMC
Senior · 15+ il
Maaş göstərilməyib

Tikinti layihələrində santexniki sistemlərin quraşdırılması və texniki nəzarətini həyata keçirir, 15 ildən çox təcrübə tələb olunur.

Project DocumentationAutoCADTechnical Documentation AnalysisTechnical Supervision+5
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Elektrik mühəndisi
Müraciət et