Elektrik montyoru (texnoloji qurğuların elektrik avadanlıqlarının təmiri və xidməti)

SOCAR

Vakansiya haqqında

Vəzifənin adı: Texnoloji qurğuların elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru

SOCAR Downstream MMC, Heydər Əliyev adına Neft Emalı zavodu, Təmir bölümündə Texnoloji qurğuların elektrik avadanlıqlarının təmiri və xidməti üzrə montyoru vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi.
  • Gərginliyi 1000 V-a qədər və ondan yuxarı olan müxtəlif tipli alçaq və yüksək voltlu elektrik maşın və aparatlarını sökmək, təmir etmək, yığmaq, quraşdırmaq və sazlamaq.
  • Güc və işıqlandırma qurğularının daha mürəkkəb sxemlərinə xidmət etmək.
  • Texnoloji avadanlıqların vacib və mürəkkəb sxemlərini dövrədən açmaq, təmir etmək və tənzimləmək.
  • Çertyoj və sxem üzrə işləri yerinə yetirmək.
  • Gərginliyi 1000 V-a qədər və ondan yuxarı olan kabel xətlərini təmir etmək, ucluq muftası qoymaq, montaj etmək və sökülməsi üzrə işləri yerinə yetirmək.
  • Elektrik mühərriklərini, elektrik avadanlıqlarını və transformatorları əsaslı təmirdən sonra kompleks sınaqdan keçirmək.
  • Müxtəlif gücdə və gərginlikdə olan elektrik mühərriklərinin stator və rotor sarğılarını hazırlamaq və quraşdırmaq.
  • Təmir olunmuş elektrik avadanlıqlarını istismara vermək.
  • Elektrik avadanlıqlarını təmirdən sonra tənzimləmək, yoxlamaq və işə buraxmaq.
  • Elektrik qaynağı maşınlarını təmir etmək və sazlamaq.
  • Elektrotexniki laboratoriya və səyyar laboratoriyada sınaq işlərinin aparılması.
  • Mühəndis-texniki heyətin nəzarəti altında elektrik maşınlarını sınaqdan keçirmək və yoxlamaq üçün işə salmaq.
  • İş yerlərini təmiz saxlamaq, iş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etməklə, görülən işləri keyfiyyətlə yerinə yetirmək və tullantıların idarəedilməsi proseduruna ( EİP 02/10 ) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq.
  • Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riyaət etmək.
  • Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək.
  • Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daim özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək.
  • Mərkəzləşmiş təmir prinsipinə uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək.
  • İşlədiyi struktur bölmələrdə bütün elektrik avadanlıqların təftiş və təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək.
  • İllik, aylıq, həftəlik təmir planlarındakı işləri proqrama uyğun həyata keçirmək.

Namizədə tələblər:

  • Elektrik sahəsi üzrə texniki təhsil (minimum peşə,orta-ixtisas)
  • 1-3 il müvafiq sahə üzrə iş stajı
  • Beynəlxalq və yerli standartların tələblərinə cavab verən sertfikatlar.


İş yeri: SOCAR Heydər Əliyev adına Neft Emalı zavodu

Son müraciət tarixi: 11 noyabr 2026

Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Heydər Əliyev prospekti 121 (SOCAR Tower)
Təcrübə
1–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 noyabr 2026
Son tarix
11 noyabr 2026
Baxış
33

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Elektrik texniki üzrə bazar adətən 850–1 500 ₼ ödəyir, median — 1 200 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

24 açıq vakansiya, 22 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Elektrik texniki kimi öz maaşını yoxla

Şirkət haqqında

SOCAR
Oil & Gas · 10,000+ employees · Bakı
SOCAR — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

SOCAR Heydər Əliyev adına Neft Emalı zavodudur.

1-3 il müvafiq sahə üzrə iş stajı tələb olunur.

Elektrik sahəsi üzrə texniki təhsil (minimum peşə, orta-ixtisas) tələb olunur.

Beynəlxalq və yerli standartların tələblərinə cavab verən sertifikatlar tələb olunur.

11 noyabr 2026-cı il son müraciət tarixidir.

SƏTƏM standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə və qurumun prosedurlarına riayət etməlidir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Elektrik texniki üzrə Bakıda digər açıq elanlar.

AAC MMC
Middle · 3+ ilBakı

Elektrik

1 000₼

Zavodun elektrik şəbəkəsinin istismarı və təmiri üzrə 3 il təcrübəli elektrik texniki tələb olunur

Electrical Equipment RepairTechnical InspectionElectrical network maintenanceInstallation+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Uni Ko QSC
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Elektrik avadanlıqların təmiri və quraşdırılması ilə məşğul olur, 3 il təcrübə tələb olunur.

Preventive MaintenanceElectrical Equipment RepairElectrical Equipment MaintenanceElectrical Systems Installation+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Fairmont Baku
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Elektrik avadanlıqların təmiri və baxımını həyata keçirir, ən azı 3 il təcrübə tələb olunur.

Preventive MaintenanceMechanical RepairTechnical DocumentationTeamwork+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Maaş göstərilməyib

Elektrik montyoru elektrik şəbəkələrinin montajını və nasazlıqların aradan qaldırılmasını bacarmalıdır

Electrical SafetyElectrical InstallationElectrical circuit readingElectrical Equipment Testing+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Elektrik montyoru (texnoloji qurğuların elektrik avadanlıqlarının təmiri və xidməti)
Müraciət et