Proseslərin idarəedilməsi və avtomatlaşdırılması üzrə sahə müayinələri aparmaq və idarəetmə alqoritmlərini təhlil etmək tələb olunur
Vakansiya haqqında
Təsvir
- Tikinti və daşınmaz əmlak layihələri üzrə texniki risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsində həyata keçirtmək;
- Tikinti layihələri üzrə risk əsaslı monitorinq və yoxlama planlarının hazırlanmasında, habelə onların icrasında iştirak etmək;
- Layihə-smeta sənədlərinin, texniki tapşırıqların, iş həcmlərinin (BoQ), tikinti qrafiklərinin və digər texniki sənədlərin təhlilini həyata keçirmək;
- Tikinti layihələrində büdcə aşımı, icra müddətlərinin gecikməsi, iş həcmlərinin düzgün müəyyən edilməməsi və keyfiyyət uyğunsuzluqları ilə bağlı riskləri qiymətləndirmək;
- Tikinti layihələrinin icra vəziyyətinə dair təqdim edilmiş hesabatların faktiki iş həcmləri, görülmüş iş aktları və digər təsdiqedici sənədlərlə uyğunluğunu yoxlamaq;
- Risk əsaslı seçim əsasında tikinti sahələrində yerində monitorinqlər aparmaq, görülmüş işlərin layihə sənədlərinə, texniki tələblərə və təqdim edilmiş hesabatlara uyğunluğunu qiymətləndirmək;
- Podratçı və subpodratçıların fəaliyyətində texniki riskləri, işlərin keyfiyyəti və icra vəziyyəti ilə bağlı potensial uyğunsuzluqları müəyyən etmək;
- Tikinti proseslərində daxili nəzarət mexanizmlərinin mövcudluğunu, adekvatlığını və effektivliyini qiymətləndirmək, nəzarət boşluqlarının aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
- Tikinti işlərinin qüvvədə olan normativ-texniki sənədlərə, layihə tələblərinə, keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun qiymətləndirilməsində iştirak etmək;
- Aparılmış monitorinq və yoxlamaların nəticələri üzrə aşkar edilmiş riskləri və uyğunsuzluqları sənədləşdirmək, hesabatların və müvafiq tövsiyələrin hazırlanmasında iştirak etmək;
- Müəyyən edilmiş uyğunsuzluqlar üzrə düzəldici tədbirlərin icra vəziyyətini izləmək və onların effektivliyini qiymətləndirmək.
Tələblər
- İnşaat mühəndisliyi, mülki tikinti və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil;
- Tikinti, layihələrin texniki nəzarəti, layihə-smeta sənədlərinin təhlili və ya əlaqəli sahələrdə minimum 4 il iş təcrübəsi;
- Tikinti prosesləri, texnologiyaları, materialları, iş həcmlərinin hesablanması və tikinti keyfiyyətinə nəzarət sahəsində biliklər;
- Layihə-smeta sənədləri, BoQ, tikinti qrafikləri, görülmüş iş aktları və texniki hesabatlarla işləmək bacarığı;
- Tikinti sahəsində qüvvədə olan normativ-texniki tələblər, tikinti normaları və standartları üzrə biliklər;
- Tikinti layihələrində texniki riskləri, uyğunsuzluqları və potensial nəzarət boşluqlarını müəyyən etmək, onların səbəblərini təhlil etmək bacarığı;
- Texniki proqramlarla işləmək bacarığı;
- Güclü analitik düşünmə, obyektiv qiymətləndirmə və hesabat hazırlamaq bacarığı;
- PE (Professional Mühəndis), PMP (Project Management Professional) və ya ekvivalenti kimi peşəkar sertifikatlara üstünlük verilir;
- Risklərin idarə edilməsi, daxili nəzarət, texniki audit və ya tikinti layihələrinin monitorinqi sahəsində iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dilində sərbəst, ingilis və rus dillərində texniki sənədlərlə işləyə biləcək səviyyədə bilik üstünlükdür;
- Dürüstlük, peşəkar etik davranış, müstəqil mühakimə yürütmək və komanda ilə işləmək bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Minimum 4 il iş təcrübəsi tələb olunur.
İnşaat mühəndisliyi, mülki tikinti və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil tələb olunur.
PE, PMP və ya ekvivalent sertifikatlara üstünlük verilir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarƏməliyyat mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Baqaj lentləri və texnoloji avadanlıqların texniki vəziyyətini nəzarətdə saxlayır, 3 il təcrübə tələb olunur
Mühəndislik planlaşdırmasını idarə edir və 10 ildən çox təcrübə tələb edir.
NÖC və avtomatika üzrə mühəndis kimi təmir və istismar işlərini aparmaq üçün müvafiq sahədə təcrübə tələb olunur




