Radionəzarət tədbirlərini həyata keçirir və radiotezliklərin elektromaqnit uzlaşmasını qiymətləndirir.
Vakansiya haqqında
Təsvir
- Gündəlik laboratoriya əməliyyatlarının idarə edilməsi (avadanlıqların rezervasiyası, iş sahələrinin paylanması, istifadəçi girişi);
- Alətlərin, materialların və ehtiyat hissələrin inventarının qorunması; təchizat və tədarükçülərlə əlaqələr(gərəkdiyi halda);
- Təhlükəsizlik qaydalarına (OSHA, elektrik təhlükəsizliyi) və təmizlik standartlarına riayət və riayətə nəzarət;
- Laboratoriya istifadəsi üçün qaydalar, təlim proqramları və ən yaxşı təcrübələrin hazırlanması;
- Kompüter avadanlıqlarının istifadə təlimatlarına nəzarət və eletron təhlükəsizliyə nəzarət;
- Avadanlıqların (3D printerlər, alət-dəzgah maşınları, lehim stansiyaları, osiloskoplar) müntəzəm texniki qulluğu, kalibrləməsi və problemlərin aradan qaldırılması;
- Elektrik, mexaniki və ya proqram təminatı ilə bağlı problemlərin müəyyən edilməsi və həlli (lazım gələrsə, digər texniklərlə əməkdaşlıqla);
- Laboratoriya infrastrukturu (elektrik təchizatı, havalandırma, IT sistemlər) üzərində nəzarət;
- Aparat təminatına yönəlmiş hackathonlar, təlimlər, seminar və innovasiya müsabiqələrinin təşkili;
- Startaplar, universitetlər və sənaye tərəfdaşları ilə əməkdaşlıqla effektiv proqramların hazırlanması;
- Laboratoriya istifadəçilərinə (startaplar, tələbələr, sahibkarlar) prototipləşdirmə texnikaları, dizayn düşüncəsi və layihə idarəetməsi üzrə mümkün qədər mentorluq dəstəyinin göstərilməsi;
- Laboratoriyanın imkanlarının təbliği (yeni istifadəçi və tərəfdaşların cəlb edilməsi).
Tələblər
- Ali təhsil, xüsusilə Mexanika/Elektrik Mühəndisliyi, Sənaye Dizaynı və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi, Biznes idarəçiliyi, Mexatronika və Robototexnika mühəndisliyi;
- Dil: Azərbaycan dili(mükəmməl), İngilis dili(orta və ya yaxşı);
- Beynəlxalq əməkdaşlıqların qurulması, dünyanın və regionun önəmli laboratoriya mərkəzlərinə səfər və təcrübə mübadiləsində iştirak;
- Laboratoriya/emalatxana idarəetməsi, texniki qulluq və ya hardver prototipləşdirmə sahəsində ən azı 1,5-3 il təcrübə;
- Prototipləşdirmə alətləri (3D printerlər, lazer kəsici maşınlar, PCB freze maşınları) ilə iş təcrübəsi;
- Elektrik sistemləri, IoT cihazları və CAD/CAM proqramları (SolidWorks, Fusion 360) bilikləri;
- Əsas proqramlaşdırma/script bilikləri (Python, Arduino) üstünlükdür;
- MS Office və Mac əməliyyat sistemləri ilə işləyə bilmə qabiliyyəti;
- Təşkilatçılıq, çoxtapşırıqlı idarəetmə və problem həll bacarığı;
- Kommunikasiya və mentorluq bacarığı;
- Tədbir təşkili və icma layihələri təcrübəsi;
- Avadanlıq texniki qulluğu, elektrik təhlükəsizliyi və ya layihə idarəetmə (PPM kimi) sertifikatları üstünlükdür;
- Startap ekosistemləri, inkubatorlar və ya "maker" məkanları ilə iş təcrübəsi üstünlükdür;
- Sürətli prototipləşdirmə, kiçik partiyalı istehsal və fiziki məhsul əsaslı çevik metodologiyalar haqqında biliklərə sahib olmaq üstünlükdür.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Naxçıvan şəhərində yerləşir.
Laboratoriya idarəetməsi və texniki qulluq sahəsində ən azı 1,5-3 il təcrübə tələb olunur.
Laboratoriya idarəetməsi, texniki qulluq, prototipləşdirmə alətləri və proqramlaşdırma bilikləri tələb olunur.
Azərbaycan dili mükəmməl, İngilis dili orta və ya yaxşı səviyyədə olmalıdır.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarƏməliyyat mühəndisi üzrə Naxçıvanda digər açıq elanlar.
İstehsalat proseslərinin optimallaşdırılması və təhlükəsizlik təminatı üçün əməliyyat mühəndisi tələb olunur.
Telekommunikasiya şəbəkəsinin idarə olunması və optimizasiyası üçün mühəndis tələb olunur, 3 il təcrübə vacibdir
Baqaj lentləri və texnoloji avadanlıqların texniki vəziyyətini nəzarətdə saxlayır, 3 il təcrübə tələb olunur




