Offshore layihədə avadanlıqların texniki xidmətini və təminatını idarə etmək üçün mexaniki mühəndis tələb olunur.
Vakansiya haqqında
Vəzifənin adı: Dövrü təmir üzrə texnik (Vibrasiya monitorinqi üzrə)
SOCAR Downstream MMC, Karbamid zavodu, Təmirə dəstək bölümündə Dövrü təmir üzrə texnik (Vibrasiya monitorinqi üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
- Cari təmir çatışmazlıqlarını və nasazlıqlarını aradan qaldırmaq, əlavə quraşdırma, montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək;
- İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zərurət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac olduğu halda növbəli iş rejimində işləmək;
- Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
- Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
- İşlədiyi struktur bölmələrdə bütün fırlanan avadanlıqların təftişinin, təmirinin önləyici və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
- İllik, aylıq, həftəlik təmir planlarındakı işləri proqrama uyğun həyata keçirmək;
- Zavod üzrə fırlanan avadanlıqların vibrasiya göstəricilərinin mütəmadi olaraq ölçülməsi, qeydiyyata alınması və ilkin təhlili ilə avadanlıqların qəza riskinin azaldılması;
- Sensorları düzgün şəkildə quraşdırmaq və ya maqnitlə bərkidərək vibrasiya siqnalını toplamaq;
- Əvvəlcədən müəyyən edilmiş ölçmə marşrutuna uyğun olaraq bütün avadanlıqların vibrasiya göstəricilərini toplamaq;
- Vibrasiya analiz cihazlarını və sensorlarını təmiz saxlamaq və texniki vəziyyətinə nəzarət etmək;
- Ölçmə nəticələri Excel və ya vibrasiya analiz proqramlarında arxivləşdirilməlidir;
- Əvvəlki tarixlərlə müqayisəli qrafiklər hazırlanmalı və mühəndisə təqdim edilməlidir;
Namizədə tələblər:
- Texniki sahə üzrə müvafiq təhsil (peşə, orta-ixtisas);
- Vibrasiya monitorinqi və ya fırlanan avadanlıqların texniki diaqnostikası sahəsində minimum 1 il iş təcrübəsi;
- Microsoft Office proqramları üzrə biliklər;
- İngilis, Rus dili biliyi üstünlükdür;
- SAP proqramında işləmək;
- Nasos, kompressor, turbin, elektrik mühərriki və reduktor kimi fırlanan avadanlıqlarda vibrasiya ölçmələri və nəticələrin təhlili üzrə praktiki təcrübə.
İş yeri: SOCAR Karbamid
Son müraciət tarixi: 09.11.2026
Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Sumqayıtdakı SOCAR Karbamid zavodudur.
Vibrasiya monitorinqi və texniki diaqnostika sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
Microsoft Office proqramları və SAP proqramında işləmək bacarığı tələb olunur.
İngilis və Rus dili bilikləri üstünlükdür.
Nasos, kompressor, turbin, elektrik mühərriki və reduktor kimi fırlanan avadanlıqlarda vibrasiya ölçmələri aparılmalıdır.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarEtibarlılıq mühəndisi üzrə Sumqayıtda digər açıq elanlar.
Zavodda elektrik işlərini yerinə yetirmək və avtomatika sistemlərini bilmək tələb olunur
Zavodun elektrik sistemlərinin fasiləsiz işini təmin etmək üçün elektrik mühəndisi kimi növbə işi aparmaq tələb olunur
Texniki dizayner kimi məhsulların layihələndirilməsi və texniki sənədləşmə üzrə minimum 2 il təcrübə tələb olunur




